А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bir ildə 221 min yeni iş yeri nə deməkdir…

12.01.18 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 94 | Yazar: Celilova |
Bir ildə 221 min yeni iş yeri nə deməkdir…













Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub. O cümlədən, iş yerlərinin açılmasına da toxunub.

Dövlət başçısı qeyd edib ki, işsizliklə mübarizə sahəsində də xeyli uğurlar əldə edilib və 2017-ci ildə 177 min daimi olmaqla, 221 min yeni iş yeri açılıb: “İşsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxsı nəticələrdən biridir”.

Prezident onu da vurğulayıb ki, ötən il bölgələrdə yeni müəssisələr açılıb. Yeni iş yerlərinin açılması əhalinin həyat səviyyəsinə necə təsir göstərir, onların sosial durumunun inkişafında nə kimi rol oynayır?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, iş yerlərinin açılması əhalinin iqtisadi-sosial həyatına müsbət təsir göstərəcək. İlk növbədə iş yerlərinin sayının artması işsizliyin azalmasına səbəb olacaq: “Təbii ki, bazar iqtisadiyyatı olan ölkədə əhali tam 100 faiz işlə təmin oluna bilməz. Bu, bazar iqtisadiyyatının sisteminə zidd olan qaydadır. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatında əmək bazarı da var. Əmək bazarında da tələb-təklif qanunu işləyir. Burada professionallıq, iş təcrübəsi, yaş və həmin sahə üzrə təhsilli olmaq nəzərə alınır. Bu səbəbdən də hazırda gətir-qoy işlərini görən fəhlələrlə yanaşı, orta texniki savada malik işçilərə daha çox ehtiyac var. Bundan əlavə, kənd təsərrüfatının inkişafı üçün bu sahədən anlayışı, məlumatı olanlar cəlb olunmalıdırlar”.

Millət vəkilinin sözlərinə görə, özünüməşğulluq proqramı ailə təsərrüfatlarının inkişafına töhfə verir. Bu proqram çərçivəsində çoxlu sayda yeni ailə təsərrüfatı yaradılıb. Bu işlər, bir növ, lokomotiv rolunu oynayacaq. Eyni zamanda, kiçik sahibkarlığın Azərbaycanda böyük vüsət almasına təkan olacaq: “Regionlarda iş yerlərinin açılması bölgələrdə kənd təsərrüfatının inkişafı ilə bağlıdır”.

R.Quliyev onu da bildirdi ki, regionlarda kənd təsərrüfatının inkişafı məhsulun bol olmasına səbəb olacaq: “Məhsul bol olarsa, ölkədə açılacaq fabrik və zavodların sayı çox olacaq. Belə olarsa, daha çox insan işlə təmin olunacaq”.

Günel CƏLİLOVAскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.