А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Metsamor”u bağlamaq üçün 200 milyon yox, 1 milyarddan çox avro lazımdır - Adil Qəribov

17.01.18 | Bölmə: Gündəm | Baxış: 251 | Yazar: Celilova |
“Metsamor”u bağlamaq üçün 200 milyon yox, 1 milyarddan çox avro lazımdır - Adil Qəribov









Avropa İttifaqının (Aİ) vəd etdiyi 200 milyon avroya Ermənistandakı "Metsamor” AES-i bağlamaq mümkün deyil.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

A.Qəribov bildirib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) "Metsamor”un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib:

"Aİ-nin hələ ki, bu qərarı dəyişmək imkanı yoxdur. AES-in bağlanması qərarını Ermənistan Nazirlər Kabineti verə bilər. Amma Aİ narahatçılıq keçirərək bildirir ki, lazım olsa, bu reaktorun dayandırılması üçün 200 milyon avro verə bilər”.

A.Qəribov qeyd edib ki, əslində 200 milyon avro ilə AES-i bağlamaq mümkün deyil. Bu vəsait hesabına orada yalnız cari təmir işləri aparmaq olar:

"Ermənistan da heç zaman 200 milyon avro alıb reaktoru dayandırmayacaq”.

A.Qəribov deyib ki, reaktorun fəaliyyətinin dayandırılması uzunmüddətli prosesdir:

"Əgər AES indi dayandırılarsa, oradan yanacağın çıxarılması, o yanacağın konservasiya edilməsi, de-montaj işlərinin aparılması, böyük konstruksiyaların haradasa izolyasiya edilib saxlanılması və s. - bütün bu proseslər kapital tutumludur. Bunun üçün təxminən 1 milyard avrodan çox vəsait tələb olunacaq. Buna isə Ermənistanın imkanı çatmır. Ona görə də inanmıram ki, tezliklə bu reaktorun dayandırılması mümkün olsun və Ermənistan AES-dən əl çəksin. AES onlara enerji mənbəyi kimi deyil, strateji nöqteyi-nəzərdən lazımdır. Ermənistan nüvə ölkələrinin sırasında olmaq üçün bu işləri aparır”.

Qeyd edək ki, Aİ "Metsamor” AES-in bağlanması üçün Ermənistana 200 milyon avro ayırmağı vəd edib. Brüssel AES-i alternativ enerji mənbələri ilə əvəz etməyi təklif edib.

"Metsamor" AES 1970-ci illərdə tikilib. 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş güclü zəlzələdən sonra stansiya fəaliyyətini dayandırsa da, 1995-ci ildə beynəlxalq səviyyədə etirazlara baxmayaraq, yenidən açılıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.