А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Fədayə Laçının apellyasiya şikayəti təmin edilməyib

18.01.18 | Bölmə: Gündəm | Baxış: 199 | Yazar: Celilova |
Fədayə Laçının apellyasiya şikayəti təmin edilməyib








Bu gün Bakı Apellyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə "Report"a onun vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, F.Laçının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfər Mehdiyev Yevlaxda qəbul keçirəcək
Siyavuş Novruzovdan parlamentdə SƏRT SÖZLƏR: Qibləsini tanımayanlar...
Övladlığa uşaq götürmə ilə bağlı QAYDALAR DƏYİŞİR
“Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi Qəbələ rayonunda yeni layihə icra edib
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
“İsa Qəmbərin sürücüsünü də üzv etmək istəyiblər”
“Əhalinin siyahıyalınmasına 23 milyon vəsait ayrılıb”
Leyla Əliyeva Nizami Kino Mərkəzində film təqdimatında olub
Prezident: Son 16 ildə Azərbaycana 270 milyard dollardan çox sərmayə qoyulub
Doğuşu ağırlaşdıran xəstəliklərin adları açıqlanıb
SABİQ DEPUTATIN BİTMƏYƏN PUL TƏLƏBLƏRİ… - Şərikləri Cahangir Hüseynovu ittiham edirlər
Bakıda 10 direktor işdən çıxarılıb
“Bala Tofiq” ləqəbli leş ət satan dələduz ifşa edilib
Türkiyəyə sanksiyalar Azərbaycana necə təsir edəcək?
Azərbaycan beynəlxalq mədəniyyət festivalında
SON DƏQİQƏ: ABŞ-dan MÜHARİBƏ ELANIna bərabər qərar
“Qala” Taekvondo klubunun komandası Mahaçqaladan 1 gümüş, 2 bürünc medalla qayıdıb
Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
Azərbaycan 4 günlük iş həftəsinə keçir?
Ərdoğan Bakı üçün YOLA ÇIXDI
Qanunsuz balıq ovlayan 182 nəfər məsuliyyətə cəlb olunub
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.