А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

"Homoseksuallıq əbədi olaraq haramdır, kişiyə halal olan qadınla evlənməkdir" - Nəzakət Bədirova yazır

21.01.18 | Bölmə: Gündəm | Baxış: 474 | Yazar: Celilova |
"Homoseksuallıq əbədi olaraq haramdır, kişiyə halal olan qadınla evlənməkdir" - Nəzakət Bədirova yazır








Homoseksualizm müdafiəçilərinin bu azğınlığı normal göstərmək üçün irəli sürdükləri ən məşhur iddiaları guya hormonal pozğunluqdur. Onlar “Testestoron çoxdur, estrogen azdır, bu yazıq insanlar nə etsinlər?” kimi iddialar irəli sürərək homoseksuallara dəstək verməyə çalışırlar, ancaq bu iddiaların heç bir elmi əsası yoxdur. Bu hormonların az və ya çox olması insanın cinsi seçiminə və əxlaqına əsla təsir göstərmir.

Estrogen miqdarının çox olması bir insanın əxlaqsızlığına səbəb deyil. Qadınlarda estrogenin miqdarı kişilərdən qat-qat çoxdur, ancaq bu hal qadınları əxlaqsızlığa aparıb çıxarmır. Qadınlar buna görə günaha girmir, evlənənə qədər namuslarını qoruyurlar. Estrogen hormonun miqdarı qadını əxlaqsızlığa, pozğunluğa, günaha təşviq etmir. Qadınlarda estorgenin miqdarı kişilərdən dəfələrlə çox olması heç bir yanlışlığa səbəb olmur, eləcə də kişilərdə bu hormonun çoxluğu heç bir əxlaqsızlığa əsas deyil. Bir sözlə, bu əxlaqsızlığın günahkarı hormon deyil.
Bir kişi qəza və ya xəstəlik nəticəsində necə ki qolunu, gözünü itirir, eləcə də cinsi orqanını da itirə bilər. Tarix boyunca müharibələrdə və ya xədim edilmə hadisələrində cinsi orqanını itirən nə qədər kişilər olub. Bu vəziyyətdə testosteron hormonu həmin kişilərin bədənində ifraz olunmur, ancaq onlarda cinsi istəksizlik meydana gəlir, əxlaqsızlıq yox.
Testestoron hormonun miqdarı az və estrogen hormonunun miqdarı normaldan çox olsa belə, bunun əxlaqsızlıqla heç bir əlaqəsi yoxdur. İnsanlar iradə və şüura sahibdirlər, ağılla hərəkət edirlər, hormonların təsiri ilə hərəkət edən canlılar isə şüursuz canlılardır, yəni heyvanlardır. İnsanlar isə iradələrindən istifadə edərək belə əxlaqsızlıq etməməlidirlər, belə çirkin həyat tərzindən uzaq durmalıdırlar. Qurana, İslama tabe olan insanlar əsla bu cür həyat tərzi yaşamamalıdırlar.
Elmi baxımından estrogenin bir qadının və ya kişinin hər hansı cinsi istək duymasına təsir etmədiyi sübut olunmuşdur. Şəhvət hissini estrogen deyil, testestoron hormonu meydana gətirir. Qadınlarda testestoron hormonu kişilərə maraq duymasına səbəb olur, kişilərdə də eyni hormon qadınlara maraq duymasına gətirib çıxarır. Məsələn, bir qadında kişiyə cinsi istəksizlik varsa, bu vəziyyətdə qadında estrogen hormonunun deyil, testesteron hormonun artırılması üçün müalicə edilir. Həmçinin testestoron miqdarının az, estrogenin çox olması kişinin kişiyə meyl etməsinə səbəb olmur, tamamilə cinsi istəksizlik duymasına səbəb olur. Bundan başqa, homoseksual kişilərdən aparılan hormonal analizlər nəticəsində müəyyən olunmuşdur ki, onlarda təxmin edildiyi kimi, hormonal pozğunluq yoxdur. Beləliklə, homosekusalların hormonal pozğunluqla bağlı açıqlamaları tamamilə əsassız və elmdən uzaqdır. Heç bir elmi əsası olmayan bu iddiaların məqsədi insanlara bu əxlaqsızlığı normal göstərməkdir.
Homoseksuallıq əbədi olaraq haramdır, kişiyə halal olan qadınla evlənməkdir. Allah Quranda homoseksuallığa mane olmaq üçün qadınları nümunə vermişdir. Tərtəmiz və gözəl qadınlar olduğu halda, kişinin kişi ilə cinsi əlaqəyə girməsi çox böyük xətadır, eləcə də dünyada da, axirətdə də sonsuza qədər haramdır. Allah kişilər üçün nur kimi, tərtəmiz qadınlar yaradıb, kişinin fitrətinə uyğun olan da budur. Qadınla evlənib onu həyatına daxil etmək, ömür boyunca onun qayğısına qalmaq, axirətdə də onunla birlikdə olmaq müsəlman üçün ən gözəl nemətlərdən biridir. Homoseksual qövmə elçi olaraq göndərilən hz.Lut Quranda bunları bildirir:
Qövmü yüyürərək onun yanına gəldi. Onlar əvvəllər də yaramaz işlər görürdülər. O dedi: 'Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?' (Hud surəsi, 78).скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.