D.Əsgərov və Ş.Quliyevin azadlığa buraxılması məsələsi AŞPA-da qaldırıldı

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı törədilən vəhşiliyin fotolarını nümayiş etdirib və Nazirlər Komitəsinin yeni sədrini onların azadlığa buraxılması üçün addımlar atmağa çağırıb.
APA-nın xəbərinə görə, bu gün Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen AŞPA-da çıxış edib və millət vəkillərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülmə fotolarını, Ermənistanın onlara qarşı göstərdiyi vəhşiliyi əks etdirən fotoları nümayiş edib və Nazirlər Komitəsi qarşısında Ermənistanın qeyri-qanuni olaraq girov saxladığı, işgəncə verdiyi və beynəlxalq çağırışlara da məhəl qoymayaraq azad etmədiyi Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb.
Millət vəkili həmçinin rəsmi İrəvanın AŞPA qətnamələrinə də məhəl qoymayaraq öz evlərinə dönmələrinə izn vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqlarının pozulması məsələsini də qaldırıb və Andres Samuelsə sualla müraciət edib: “Nazirlər Komitəsinin yeni sədri kimi neçə aylardır Ermənistanın qanunsuz olaraq girov saxladığı 2 azərbaycanlının, Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi istiqamətində onların ailəsi sizdən dəstək gözləyir. Bu istiqamətdə hansı addımlar atacağınızı gözləyə bilərlər? Eyni zamanda 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması səbəbindən 25 ildir öz evlərinə dönə bilmirlər. Bir sədr kimi sizdən də dəstək gözləyən bu insanlara buradan nə söyləmək istərdiniz?”
Bu münaqişə ilə bağlı vasitəçilik ATƏT Minsk Qrupunun səlahiyyətləri daxilindədir deyən AŞ Nazirlər Komitəsinin yeni sədri, Danimarkanın xarici işlər naziri Andres Samuelsen bildirib ki, Avropa Şurası tərəflər arasında sülh üçün zəruri olan inam şəraitinin formalaşmasına dəstək ola bilər.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət