А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Portuqaliyalı deputat azərbaycanlı məcburi köçkünlərlə görüşüb

29.01.18 | Bölmə: Siyasət | Baxış: 320 | Yazar: Celilova |
Portuqaliyalı deputat azərbaycanlı məcburi köçkünlərlə görüşüb










Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko məcburi köçkünlərlə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) Trend-ə verilən məlumata görə, ölkəmizdə səfərdə olan D.Paçeko Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qonağın diqqətinə həmçinin çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.

Eyni zamanda qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.

F.Hüseynov həmçinin, Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.

Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan F.Hüseynov bildirib ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.

Nümayəndə heyəti daha sonra Zəngilan rayonundan məcburi köçkün Ərşad Priyevin mənzilində olub və ailə ilə söhbət ediblər.

Ətraflı məlumata görə minnətdarlığını bildirən D.Paçeko vurğulayıb ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O bildirib ki, ölkəsi də vaxtilə qaçqın və məcburi köçkün problemini yaşayıb.

D.Paçeko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.