А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanın sosial-iqtisadi və siyasi uğurları sürətlə artır

02.02.18 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 106 | Yazar: Celilova |
Azərbaycanın sosial-iqtisadi və siyasi uğurları sürətlə artır








Prezident seçildiyi ilk gündən xalqın və dövlətin maraqlarına sədaqətlə xidmət edən cənab İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə “2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul olundu. Uğurla reallaşan bu ilk proqram sonrakı illərdə də davam etdirlib. Hər ilin əvvəlində cənab Prezident əvvəlki ilin yekunlarına dair konfransda görülmüş işlərə yekun vurur.

Bu il yanvarın 29-da regionların 2017-ci ildəki sosial-iqtisadi yekunlarına həsr olunmuş konfransda dövlət başçısı öz əhatəli giriş və yekun nitqində görülmüş işləri təhlil edərək, cari ilin prioritet istiqamətlərini müəyyənləşdirib. Sosial-iqtisadi inkişafın yekunları bir daha təsdiqlədi ki, ötən il Azərbaycan üçün uğurlu olub. Bu ildə xüsusilə qeyri-neft iqtisadiyyatımız dinamik inkişaf edib. 2003-cü ildən qeyri-neft sektorunda artım 2,8 dəfə olub. Kənd təsərrüfatı sahəsində isə bu rəqəm 1,7 dəfə təşkil edib. Dünyada hələ də səngiməyən qlobal böhran şəraitində bu rəqəmlər çox sevindiricidir. Son 14 ildə isə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb.

Mən bir iqtisadçı alim kimi bütün çıxış, məqalə və müsahibələrimdə qeyd edirəm ki, bazar iqtisadiyyatının inkişafının lokomotivi sahibkarlıq, xüsusilə kiçik və orta sahibkarlıqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar, sahibkarlar üçün yaranan münbit şərait imkan verib ki, ölkədə sahibkarlar zümrəsi durmadan inkişaf etsin. Son 14 ildə sahibkarlara 2 milyard manat güzəştli kreditlərin verilməsi, gömrük sahəsindəki islahatlar, yoxlamaların dayandırılması sahibkarlığın inkişafına geniş meydan açıb və dövlət əlindən gələni edir ki, insanların rifahı daha da yaxşılaşsın.

Prezidentin qeyd etdiyi kimi, son 14 ildə 1 milyon 900 min iş yeri açılmış, işsizlik 50 faizdən 5,4 faizə düşmüşdür. “Güclü dövlət – müstəqil siyasət” prinsipinə sadiq olan Prezidentimiz iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələrindən bütün xalqın bəhrələnməsi uğrunda məqsədyönlü fəaliyyət göstərir. Regionların bugünkü inkişafı, sosial-məişət, mədəni obyektlərin tikintisinin bütün ölkə coğrafiyasını əhatə etməsi bunun bariz sübutudur. 2003-cü ildən ötən dövr ərzində 3100 məktəbin, 642 tibb müəssisəsinin tikilməsi və əsaslı təmir edilməsi, 123 min kilometr yolun çəkilməsi bizim böyük sosial uğurlarımızdır. Prezident öz nitqində kənd təsərrüfatının ayrı-ayrı sahələrində baş verən pozitiv meyillərdən geniş bəhs edib, gələcək perspektivləri göstərib.

Respublikamızın qlobal siyasi arenada müsbət imiclə tanınması, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsi istiqamətində də çox işlər görülüb, Azərbaycan xarici investorlar üçün cəlbedici məkana çevrilib. 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları üzrə yeni kontraktın imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması göstərir ki, ölkəmiz xarici aləm üçün necə vacib tərəfdaşdır. 2017-ci ilin uğurları Azərbaycanın 2018-ci ildə daha yüksək sürətlə inkişafı üçün təməl ili olub. Ümumiyyətlə, 2017-ci il üçün nəzərdə tutulmuş bütün proqnozlar öz həllini tapıb, ölkə yeni inkişaf fazasına qədəm qoyub.

Deputat kimi təmsil etdiyim Lənkəran rayonu da 2017-ci ildə mühüm uğurlara imza atıb. Rayona keçən il 124,6 milyon manat investisiya cəlb edilib. Çəltikçiliyin, subtropik bitkilərin və çayçılığın inkişafı yeni vüsət alıb. Rayonda 526 hektar çəltik əkilib və 1815 ton məhsul götürülüb. Gələcəkdə bu rəqəmlər daha da artacaq və Lənkəran xarici bazarlara da yüksək keyfiyyətli düyü ixrac edəcək.

Sonda böyük nikbinliklə deyə bilərəm ki, Azərbaycan yeni sosial-iqtisadi və siyasi uğurlar astanasındadır.

Rüfət Quliyev,
Milli Məclisin deputatı, professor
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.