А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Rza Rzayev: “Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur”

06.02.18 | Bölmə: Cəmiyyət | Baxış: 782 | Yazar: Arzu |
Rza Rzayev: “Namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur”








“Dolu” filminin məşhur aktyoru, Drakon rolunun ifaçısı Rza Rzayev məktəb direktorunu hədələməsindən danışıb.

Melumat-Merkezi.az xəbər verir ki, aktyor saytların birinə söhbətində bildirib ki, 220 nömrəli məktəbin direktoru Tural Mirzəyevin müəllimlərə qarşı etdiyi qeyri-etik hərəkətlərə görə bu addımı atıb: “Sözsüz ki, mən bir azərbaycanlıyam və hər kəs də bilir ki, mühafizəkar insanam. Cəmiyyətin, kişilərin borcudur ki, qadınları qorusun. Bu direktor məktəbdə bir neçə qadın müəllimləri tək-tək yanına çağıraraq, onların adının mənasını soruşub. Əgər bu adam özü dediyi kimi filoloqdursa, hamını bir yerə yığıb adlarının mənasını soruşa bilər. Ancaq o, gənc qadın müəllimləri yanına çağırıb, adının mənasını soruşur, durub kompüterdə baxıb deyir ki, sənin adının mənası gözündən od-atəş yağan deməkdir. Bəzilərini çaya dəvət edir. Yəni, bir sözlə başqa məqsədlər güdürmüş. Rza Rzayev bildirib ki, direktor məktəbdə qanunsuz pul yığdırırmış: “Həmin müəllimlər mənim ailə üzvüm, ibtidai siniflər üzrə direktor müavini olan Zeynəb xanıma gəlib deyiblər ki, artıq direktorun otağına getməyəcəyik. Çünki bu bizə belə suallar verir. Zeynəb xanım bununla bağlı ona deyib ki, siz gənc adamsınız, amma biz on beş ildir burada işləyirik, etik qaydalara riayət edin. Sonra direktor mənim ailə üzvümdən hazırlıq pullarının yığılmasını tələb edib. Bildirib ki, bu, qanunidir və Bakı Şəhər Baş Təhsil İdarəsi ilə danışmışam. Ailə üzvüm həmin pulların ilk ayını yığandan sonra direktora deyib ki, baş idarəylə olan müqaviləni verin mənə. Direktor bildirib ki, belə müqavilə yoxdur, şifahidir. Zeynəb xanım bildirib ki, bu qanunsuzdur, kimdənsə pul yığa bilmərəm. Orada Gülşən adlı təsərrüfat müdiri var. Həmin pulları da o yığır. Müəllimlərin telefon danışıqları var. Həmin danışıqların səs yazısı da mövcuddur. Məktəbin 3-4 müəllimi binada təmir işləri gördürüblər. Sonradan direktorun yanına gediblər ki, demişdiniz hazırlıq pullarından sizin pulunuz veriləcək. Əgər belədirsə, hazırlıq pullarından öz pulumuzu götürürük.

Direktor Zeynəb müəlliməni çağırıb deyib ki, sənin müəllimlərin özlərini yaxşı aparmırlar. Sonra məktəbdə başqa qanunsuz hərəkətlər baş verib. Məsələn, hansısa firma məktəbin bütün siniflərinə direktorun icazəsiylə elanlar paylayıb. Müəllimləri məcbur edib aktlaşdırıblar ki, guya Zeynəb xanım belə bir şərait yaradıb. Ancaq telefon danışıqlarında da deyilir ki, həmin izahatı onlara direktor zorla yazdırıb”.

Tanınmış aktyorun sözlərinə görə, artıq baş verənlərlə bağlı polis bölməsinə dəvət edilib və izahat verib: “Artıq gedib izahat vermişəm, heç bir problem yoxdur. Hər bir namuslu, şərəfli Azərbaycan qadınını qorumaq mənim borcumdur. Həmin borcumu bu günə qədər layiqli şəkildə yerinə yetirmişəm, bu gündən sonra da yerinə yetirəcəyəm. Hər bir şərəfli Azərbaycan qadını, bizim anamız və bacımızdır. Buna görə hansı qanun pozuntusuna yol vemrişəmsə, peşman deyil. Ən ağır cəzanı da almağa hazıram”. Qeyd edək ki, musavat.com saytının yaydığı görüntülərdə Rza Rzayev qohumunun işdən çıxarılmasına etiraz edir və bu qərarını dəyişməsi üçün direktora vaxt verir, əks halda onu özünün cəzalandıracağını bildirir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.