Fatimə 20 ilin hesabatına hazırlaşır: “Sürpriz olacaq” - FOTOLAR
07.02.18 | Bölmə: Şou-Biznes | Baxış: 455 | Yazar: Arzu |

Tanınmış azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva səhnə fəaliyyətinin 20 ilinin tamam olması münasibəti ilə konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Melumat-Merkezi.az-a rəqqasənin özü danışıb. O bildirib ki, bu konsert sənətində ilk olacaq: “Bu il 20 ilimi çox gözəl formada qeyd edəcəm. Bunun üçün çox gözəl konsert proqramı hazırlanıb. Yeni xəbər də odur ki, konsertimizin açılışı üçün tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mahnı bəstələyib. Artıq mahnı aranjimana verilib. Musiqi tam hazır olandan sonra isə onun xoreoqrafiya hissəsini öz boynuma götürmüşəm. Rəqsin quruluşunu özüm quracam. Çünki bu günə qədər rəqslərimin quruluşunu müəllimim Fərhad Vəliyev edirdi. O artıq Azərbaycanda yaşamır, Amerikaya köçüb. Buna görə də ilk dəfə olaraq konsertimin bütün məsuliyyəti öz üzərimdə olacaq. Gecədə tələbələrimin də çıxışı gözlənilir. Amma ən ağır yük isə öz üzərimdə olacaq. Onu da qeyd edim ki, konsertimdə sürprizlər də olacaq. Gözləyin”.
F.Fətəliyeva onu da əlavə edib ki, yeni təqdim edəcəyi layihə üçün fotosessiya da etdirib: “Lentə alınan bu şəkillərim layihəmin bir hissəsidir. Fotosessiiyada bir neçə obrazı canlandırmışam. Bu sadəcə 2 obrazdan olan görüntülərdi. Digərləri konsert ərəfəsində yayımlanacaq”.



\\Arzu Bayramova\\
(səs: 0)
Oxşar:
Bölmə: Mədəniyyət » Şou-Biznes
Bölmə: Mədəniyyət
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət