А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Əcnəbidən yeni boşanan müğənnimizə evlilik təklifi gəldi - VİDEO

14.02.18 | Bölmə: Şou-Biznes | Baxış: 302 | Yazar: Arzu |
Əcnəbidən yeni boşanan müğənnimizə evlilik təklifi gəldi - VİDEO








Bu ay boşandığını rəsmən elan edən “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovaya evlilik təklifi gəlib.

Melumat-Merkezi.az-ın xəbər verir ki, ifaçı bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb. O bildirib ki, rəsmən boşanandan sonra 2 dəfə ona elçi düşüblər: “Artıq 2 dəfə evlilik təklifi etdilər. Normal evlilik təklifləri necə olursa, bu da elə oldu. Amma mən yox cavabını verdim. Şəxsi həyatıma fasilə vermək istəyirəm. Evlilik təklifi edən şəxs azərbaycanlı idi. Amma mən razı olmadım. Çünki indi ərə getmək istəmirəm. Hələ bir az özüm üçün yaşamaq istəyirəm. Neçə ildən sonra ailə quracağımı bilmirəm. Bunu bir tək Allah bilir. Mənə elə bir insan rast gəlməlidir ki, yüz faiz əmin olum ki, o məni sıxmayacaq. Hələ ki, özüm üçün yaşayıram. O biri insanı niyə bədbəxt edim ki? İndi şəxsi həyatımda bir fasilə olmalıdır ki, nələri düz, nələri səhv etdiyimi anlayım. Daha sonra 2-ci ailəmi quranda uğursuzluq olmasın”.


D.Kazımova ilk dəfə boşanma səbəbini də açıqlayıb: “Onunla xarakterimiz üst-üstə düşmədi. Adamlar bir-birləri ilə eyni evdə yaşamaq istəməyəndə məncə ayrılmalıdırlar. O mənim sənətimi sıxışdırmağa başladı. Bütün narazılıqlar da bundan sonra başladı. Mənə deməmişdi ki, sənətdən getməlisən. Amma yavaş-yavaş hiss etdim ki, məni sənətə qadağa etmək istəyir. Onu da əlavə edim ki, evliliyimizin ilk vaxtlarında qadağaları yox idi, sonradan başladı. Onun qadağalarına dözürdüm, sonra öz-özümə dedim ki, niyə dözməliyəm? Ona görə də ayrıldıq. O özü də Türk vətəndaşı idi, müqaviləsi bitdi və getdi. Məndən qaçmayıb, özü gedib. Dost kimi ayrıldıq, amma yaxın dost deyilik. Salam, sağ ol qalır”.



Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə və 2016-cı ildə ayrılıb.



\\Arzu Bayramova\\скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Azərbaycanda məntəqə sədri müşahidəçini döydü
ATƏT PA-nın müşahidə missiyasının üzvü: İndiyədək hər şey qaydalara uyğun şəkildə həyata keçirilib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.