А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Müdafiə Nazirliyində KİV rəhbərləri ilə görüş keçirilib

14.02.18 | Bölmə: Gündəm | Baxış: 206 | Yazar: Celilova |
Müdafiə Nazirliyində KİV rəhbərləri ilə görüş keçirilib







Fevralın 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüşü keçirilib.


Müdafiə Nazirliiyindən Lent.az-a General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsidir ki, həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər.
Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib.


Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.


Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, “Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, “Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.
Görüş iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.