А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

İlham Əliyevin rəhbərliyi ölkəmizin uğurlu və dayanıqlı inkişafını təmin edir

15.02.18 | Bölmə: İqtisadiyyat | Baxış: 399 | Yazar: Celilova |
İlham Əliyevin rəhbərliyi ölkəmizin uğurlu və dayanıqlı inkişafını təmin edir








Ölkəmiz bu gün öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırır
Ötən ayın 23-də İsveçrənin Davos şəhərində keçirilən sayca 48-ci Dünya İqtisadi Forumunda ölkəmizin layiqincə təmsil olunması da bunun bariz nümunəsi idi. “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” mövzusuna həsr olunmuş forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Strateji baxış: Avrasiya” panelindəki müzakirələrdə çıxış edərək, həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərə toxundu. Dövlət başçısı bildirdi ki, Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illərdir həyata keçirilən əməkdaşlıq yaxşı perspektivlərə malikdir. Forumda Azərbaycanın iqtisadi inkişafı, beynəlxalq nüfuzu və ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi islahatların əhəmiyyəti də diqqətə çatdırıldı. Təbii ki, Dünya İqtisadi Forumunda Azərbaycanla bağlı səsləndirilən fikirlər ölkəmizin dayanıqlı inkişafının, beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyinə bir işarədir. Həqiqətən də, Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi olaraq vurğulanmalıdır. Bütün bunlar ölkəmizin iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji amillərdir. Məhz bunların nəticəsidir ki, Azərbaycan həm də yüksək beynəlxalq reytinqə malikdir. Prezident İlham Əliyev interaktiv iclasdakı çıxışı zamanı iqtisadiyyatın şaxələndirilməsinin ölkəmizin əsas məqsədlərindən biri olduğunu vurğuladı. Əlbəttə, məqsədyönlü və çoxşaxəli islahatların ardıcıl və müntəzəm şəkildə davam etdirilməsi iqtisadiyyatın şaxələndirilməsini təmin edib və qarşıdakı dövrdə də bu proses davamlı xarakter daşıyacaq. Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər həm də statistik göstəricilərdə öz əksini tapır. 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə təqribən 3 faiz təşkil edir. Ötən il ərzində valyuta ehtiyatlarımız 4,5 milyard dollar civarında artıb ki, bu da iqtisadi siyasətin olduqca səmərəli, məqsədyönlü olduğunu göstərir. Digər tərəfdən, Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında çox böyük göstəricidir. Prezident İlham Əliyev forumda qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik: “Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir”. Yeni nəsil islahatların həyata keçirilməsi fonunda təhsil, səhiyyə, sosial və digər istiqamətlərdə ardıcıl tədbirlərin reallaşdırılması sosial infrastruktur quruculuğunun da diqqət mərkəzində olduğunu göstərir. Azərbaycan reallıqlarının Davos Dünya İqtisadi Forumu kimi mötəbər beynəlxalq tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bəllidir ki, həyata keçirilən iqtisadi islahatların nəticəsində əldə edilən çoxsaylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsinə də əhəmiyyətli töhfələr verib. Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin nəticəsidir. Prezident İlham Əliyevin Davosda transmilli şirkətlərin təsisçisi və sədrləri ilə bir sıra mühüm görüşlər keçirməsi də Azərbaycanın beynəlxalq nüfuzunun artması, əməkdaşlıq əlaqələrinin inkişafı kontekstində böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəmə malikdir. Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı və orada söylədiyi fikirlər böyük maraq doğurub. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetiriblər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın da diqqət mərkəzində olub. Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda Azərbaycan reallıqlarını qətiyyətlə və dolğun şəkildə ifadə etdi. Ümumiyyətlə, forumda səsləndirilən fikirlər Azərbaycanın uğurlu inkişafını nümayiş etdirir. Təbii ki, siyasi və iqtisadi islahatların paralel olaraq davam etdirilməsi bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını təmin edir. Bu da onun göstəricisidir ki. Azərbaycan beynəlxalq miqyasda nüfuzlu və cəlbedici ölkəyə çevrilib, son illərdə ölkəmizə maraq və diqqət daha da artıb. 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın yüksək iqtisadi reytinqə malik olduğunu göstərir. Bu, həm də onun ifadəsidir ki, həm yerli, həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bir sözlə, Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib. Hazırkı reallıqlar onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində qarşıdakı dövrdə də Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcək. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə xidmət edir. Forum çərçivəsində ifadə olunan fikirlər ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinin qarşıdakı dövrdə də davam edəcəyini deməyimizə əsas verir.
Anar Osmanlı, ADU rektorunun müşaviriскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.