А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Təmiz üz dərisinə sahib olmağın sirrini Aynurə Həsənova açıqladı

15.02.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 614 | Yazar: Celilova |
Təmiz üz dərisinə sahib olmağın sirrini Aynurə Həsənova açıqladı








Hər bir xanım gözəl görünmək istəyir. Amma bəzən biz təkbaşına buna nail ola, zamanla mübarizə apara bilmirik. Mütəxəssislərin köməyinə, məsləhətinə ehtiyac duyuruq. Təcrübəli mütəxəssislərdən biri həkim kosmetolog, trixoloq Aynurə Həsənovadır.
Məlumat üçün bildirək ki, Aynurə Həsənova müxtəlif ölkələrdə 15-dən çox beynəlxalq konqres, seminar və konfransın iştirakçısı olub.
Aynurə Həsənova ilə təmiz üz dərisinə necə sahib olmağın yolları haqqında danışdıq.

Sizcə, hansı yaşdan başlayaraq dəriyə qulluq göstərmək, kosmetoloq-həkimə müraciət etmək lazımdır?

Peşəkar kosmetoloqa hansı yaşda müraciət edirsənsə, elə o yaşda da qalacaqsan. Əgər dəridə həqiqətən problem varsa və kosmetoloji prosedurlara ehtiyac yaranıbsa, həmin prosedurlar problemləri aradan qaldırır. Yəni onun daha geniş yayılmasını önləyir. Əgər üzdə hər hansı bir problem varsa bunu maskalar qarşısını müvəqqəti almaq olar. Amma yaranmış problemi birdəfəlik həll etmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Məsələn, bir də görürsən 30-40 yaşında olan şəxsin üzündə olan qırışlar dərindi. Amma o xanımlar bu günə kimi heç bir prosedur etmeyiblər. Mən burdan o xanımlara səslənirəm ki, siz nəyi gözleyirsiz? Tez bir zamanda mütəxəssisə müraciət edin və dərinizin qocalmasının qarşısını alın.

Qış fəslidir deyə dərinin qulluğa daha çox ehtiyacı var. Bəs hər fəsilə uyğun qulluq necə edilməlidir?

Qış vaxtı dərimizi daha çox xarici faktorlardan qorumalıyıq. Xarici faktorlar deyəndə külək, yağış, soyuq, şaxta və günəş nəzərdə tutulur. Bu faktorlar da dərimizdə problemlər yaradır və onu vitaminsizləşdirir. Qışda dəri daha çox nəmli olmağa ehtiyac duyur. Bu səbəbdən də daha cox qidalandırıvı , nəmləndirici qulluqlar, pilingler, prosedurlarlar biorevilitakiya, revitalisaciya, plazmoliftinqi məsləhət görürəm .

Mezoterapiya proseduru nə üçündür?

Mezoterapiya – dəri üçün lazım olan inqridentlərin mikroskopik dozada inyeksiya üsulu ilə dərinin dermal qatına ötürülməsi deməkdir. Bu prosedurdan sonra dəridə liftinq, piqment ləkələrində, ağız və göz ətrafı qırışlarda azalma, dəri relyefində hamarlıq müşahidə olunur. Mezoterapiya həkim tərəfindən yaş ,dərinin tipi, problemləri və gözlənilən nəticəyə uyğun seçilir və tetbiq olunur .

Botoksla dolğunun fərqi nədir?

Botoksla dolğunu qarışıq salmaq olmaz. Botoks ancaq qırışlarda tətbiq olunur. Botoksun dodaqda və ağız ətrafında istifadə edilməsi düzgün deyil. Bu nahiyyələrdə yalnız qialeron asid dolğusundan istifadə etmək olar. Qadınlar dolğu seçərkən yaxşı olardı ki, tərkibində aktiv komponent olan qialeron asiddən istifadə etsinlər. Bu komponent təbii olduğu üçün zamanla dəridən sovrulur ve eyni zamanda da cox tebii gözel goruntu yaradir .Süni dolğulardan istifadə isə yolverilməzdir. İndi çoxlarının istifadə etdiyi biopolimer daha təhlükəlidir. Sintetik komponent olan biopolimer dəridə yad cisim kimi qalır və sovrulmur.men oz praktikamda yalniz ve yalniz tebii ve avropa standartlarina uygun olan dolgu ve dermanlardan istifade edirem. Ucuz mənasız prosedurlara və reklamlara aldanmamağı məsləhət görürəm .

Sizcə, təcrübəli kosmetoloq necə olmalıdır?

Dəri-daxili orqanlarımızın güzgüsüdür. Məncə təcrübəli kosmetoloq xəstənin dəri problemini gördükcə onun daxili və xarici səbəbləri haqqında müəyyən qədər təsəvvürü olmalıdır. Bütün tetbiq etdiyi prosedurları öyrənib, peşəkarlaşmalı və daim öz təcrübəsini artırmalıdı.

Bu gün addımbaşı kosmetologiya xidmətləri təklif edən qadın salonlarına rast gəlmək mümkündür. Həmin gözəllik salonlarında çalışan kosmetoloq həkimlər əslində bu sahənin heç bir ali təhsilinə yiyələnməyiblər. “Məhəllə kosmetoloqları”nın yaratdığı fəsadları aradan qaldırmaq sizin üzərinizə düşür.

Bəli, düz dediz. Təəssüf ki, bu gün Azərbaycanda tibbə heç bir aidiyyəti olmayan, bəzən isə heç tibb təhsili olmayan şəxslərin gözəllik salonlarında kosmetoloq işləyirlər. Amma deyim ki, artıq bu sahədə də işlər gedir. Və sertifikatı olmayan dərmanlar, işini peşəkarı olmayanlar bu sahədən uzaqlaşdırılır. Qeyri-peşəkara müraciət edən şəxs onun əl işi ilə tanış olandan sonra ikinci dəfə naşı kosmetoloq həkimin yanına getməz. Peşəkar trixoloq həkim müştərinin dərisində, xüsusilə də onun orqanizmində nə baş verdiyini anlamalıdır. Kosmetoloq ən azı dərinin quruluşunu bilməlidir. Bundan başqa xəstəliklərin klinikasından, etiologiyasından, dərinin xüsusiyyətləri və qatlarından məlumatlı olmaq lazımdır.

Mən bilirem ki, siz tez tez xaricə gedirsiz və orda aylarla qalıb oranın kosmetik sahesindən xəbərdarsız. Azərbaycanda kosmetologiya hansi səviyyədədi və necə inkişaf olunur?
Bəli mən 2012- ci ildə Moskvada başladım və deyim ki, daim Moskva, Türkiyə, Almaniya və sevdiyim ölkə Italiyaya isguzar səyahət edirəm. Dünya miqyaslı çoxlu pərəştiş etdiyim həkimlerin klinikalarında fərdi təcrübə keçməklə biliklərimi təkmiləşdirirəm. Bütün gördüklərimə rəğmən demək istəyirəm ki, Azərbaycanda estetik təbabət yüksək tendensiya ilə inkişaf edir və son yeniliklər bizim ölkədə tətbiq olunur. Estetik sahəsində olan distributorlarımız gətirilir. Biz həkimlərlərdən yalnız işimizə bilik və vicdanla yanaşmaq tələb olunur. Bizə qalan isə ən önəmlisi, şəxsən mənim üçün özünə, gözəlliyinə əmin olan müştəri məmnuyyətidir . Hamıya özünə güvənli və gözəl hiss etmeyi arzulayıram .

скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Медицинская лаборатория Центрального Таможенного  Госпиталя получила международный сертификат ISO 15189:2012
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 beynəlxalq sertifikatını alıb
Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.