А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər “Aqil Acalov”

25.02.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 1015 | Yazar: Arzu |
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər “Aqil Acalov”

































Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti,iqtisadiyyat üzrə fəlsəfə doktoru,ictimai fəal
Aqil Acalov Melumat-Merkezi.az saytına Xocalı haqqında və o cümlədən ermənilərin əsrlər boyu Azərbaycanlılara qarşı törətdiyi soyqrımlardan danışıb.




Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Xatırladaq ki, bu siyasət tarixən davamlı və sistemli olaraq, xalqımıza qarşı aparılıb. Bu sözləri söyləyən A.Acalov vurğulayıb ki;


XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir:


Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı şəkildə etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Tarixə qısa ekskursiya etsək,ermənilərin xalqımızın başına gətirdiyi faciələrin silsilələri üzə çıxır. Çar və Bolşevik Rusiyasının zamanında imperiyanın dəstəyini alan ermənilər Anadolunun və Azərbaycanın müxtəlif şəhərlərində soyqırımlar həyata keçirdirlər. XIX əsrin sonlarıdan Vanda, Erdahanda,Sasunda və.s şəhərlərdə ermənilər türk insanlarını vəhşicəsinə qətlə yetirdilər. 1905-06,1917-18-ci illərdə Bakıda,Təbrizdə,Xoy,Sulduz,Şamaxıda,Qubada və.s yerlərdə kütləvi şəkildə insanlarımızı öldürülməsi,arxiv sənədlərində öz əksini tapıb. O dövrün mənbələri və tapılan toplu məzarlıqlar sübut edir ki, əsl soyqırıma məruz qalan xalq biz olmuşuq. Yeni, yaşanılan hadisələr sübut edir ki, bu gün ermənilərin özlərini saxta ve qondarma soyqırıma məruz qalan millət kimi təqdim etmələri özlərini məzlum və fağır millət kimi təqdim etməkdən başqa bir şey deyil. Əsl həqiqət öz yolunu gözləyir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsi faciələrə yol açımışdı. Belə ki, minlərlə insan iqlim şəraitinə uyğunlaşa bilməyib,müxtəlif xəstəliklərdən dünyalarını dəyişdilər. Həmin siyasətin davamı olaraq, 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazilərdən qovularaq, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir.


Beynəlxalq hüquq onu təsdiqləyir ki, Xocalı faciəsinin təşkilatçıları cəzalandırılmalıdırlar:

Həmçinin Aqil Acalov vurğlayıb ki; XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Hamını düşündürən bir sual var: Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Bu ermənilər tərəfindən xalqımıza qarşı əsrlərlə yığılıb qalan patoloji nifrətin təzahürü idi. Həmçinin Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Əslində, beynəlxalq hüquq onu təsdiqləyir ki, Xocalı faciəsinin təşkilatçıları cəzalandırılmalıdırlar: Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Artıq sevindirici haldır ki, dünyanın bəzi dövlətləri səsimizə səs verməyə başlayıblar. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və Həydər Əliyev Fondunun rəhbəri millət vəkili Mehriban Əliyevanın apardığı effektiv təbliağat strategiyası öz müsbət nəticəsini verir. Bu gün Xocalı faciəsi dünya birliyi tərəfindən öz hüquqi qiymətini almağa başlayır. Ameirka Birləşmiş Ştatlarının bəzi ştatları, Meksika,Kolumbiya,Pakistan dövlətləri və bu günlərdə Çexiya parlamentinin Xocalı soyqırımını tanımaları beynəlxalq müstəvidə qiymət verilməsinə yol açır. Bununla da Ermənistanın və onu dəstəkləyən erməni lobbisinin təbliğatı alt-üst olmasına səbəb olur. Gec-tez haqq öz yerini tapacaq və 20% işğal altında qalan torpaqlarımız azad olunacaq. Bu gün çox uzaqda deyil.



\\Arzu Bayramova\\скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.