А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

5 nəfər dəm qazından zəhərləndi - Lənkəranda

04.03.18 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 72 | Yazar: Celilova |
5 nəfər dəm qazından zəhərləndi - Lənkəranda








Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib.
İlk hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Sevinc Mahir qızı Kazımzadə və onun anası, 1970-ci il təvəllüdlü Elmira Həsənalı qızı Kazımzadə hamamda çimərkən dəm qazından zəhərlənib. Onlar təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstəriləndən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri kafi qiymətləndirilir.
Digər 3 nəfər isə rayonun Balıqçılar qəsəbəsində dəm qazından zəhərlənib. Belə ki, 1966-cı il təvəllüdlü Təxminə Bəxtiyar qızı Sadıqova, onun qızı 2012-ci il təvəllüdlü Yaqut Daşdəmir qızı Sadıqova, həmçinin ailənin digər üzvü Tünzalə Saleh qızı Sadıqova ev şəraitində dəm qazından zəhərlənib. Onlar da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.