А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

MSK prezident seçkiləri ilə bağlı treninqlərə başladı

04.03.18 | Bölmə: Siyasət | Baxış: 255 | Yazar: Celilova |
MSK prezident seçkiləri ilə bağlı treninqlərə başladı







Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərə başlayıb.

MSK-dan Trend-ə verilən məlumata görə, bu gündən etibarən növbəti layihəyə - aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə start verilib. Xatırladaq ki, dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənmiş treninq layihəsinin əsası hələ 2002-ci ildə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində qoyulub və ilbəil təkmilləşdirilərək 2008-ci ildən sonra daha da genişləndirilib.

Bu il də MSK iki mərhələli treninq proqramı hazırlayıb. Martın 5-dən başlanmış birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və martın 6-sı, 7-si və 9-u da daxil olmaqla, 4 gün davam etməsi nəzərdə tutulur. Müxtəlif metodiki və əyani vəsaitlərdən istifadə edilməkə keçirilən “Trenerlər üçün treninq”də iştirakçılara təqdimat bacarıqları, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səsvermə günü müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla bütün səsvermə günü prosedurları barədə müfəssəl məlumat verilir. Tədbir zamanı həmçinin, MSK-nın Treninq Qrupunun mütəxəssisləri tərəfindən bir sıra aktual mövzularla bağlı çoxsaylı praktiki məşğələlər keçirilir, seçki günü müxtəlif səsvermə prosedurları səhnələşdirilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.

Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqi isə martın 12-dən başlayaraq seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq qaydada, təqribən on gün davam edəcək. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli, eləcə də seçki günü əsas seçki hərəkətləri ilə bağlı slaydlar hazırlanıb və treninqlərin əyani vəsaitlərdən də istifadə edilməklə, kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Treninq layihəsinin birinci mərhələsində əhatə olunan mövzularla eyni səpkidə aşağı seçki komissiyalarının üzvləri üçün təşkil ediləcək treninqlərdə seçki günü prosedurları ilə bağlı tam təfsilatlı məlumat veriləcək.

Aşağı seçki komissiyaları üzvlərinin treninqi zamanı hər bir məntəqə seçki komissiyası üzvünə təqdim edilməsi məqsədilə həmçinin, "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri də hazırlanıb.

Kifayət qədər irimiqyaslı maarifləndirmə tədbiri olan treninqlərin ümumilikdə 32000-dən artıq komissiya üzvünü əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək
Miqrasiya Xidmətindən “#evdəqal“ videoçarxı - Video
Azərbaycanın baş infeksionistdən Covid-19 günlərində hamilə qadınlara məsləhət
Temperatur aşağı düşəcək, güclü külək əsəcək
Kimlər aptekə, mağazaya və ya banka istənilən vaxt getməkdə sərbəstdir? - RƏSMİ
Məşhur idmançının övladlarından örnək addım
Füzuli rayonunda yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir
Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.