А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutuldu

08.03.18 | Bölmə: Gündəm | Baxış: 287 | Yazar: Celilova |
Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutuldu








Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dan Trend-ə verilən məlumata görə, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.

Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilib, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub.

2 saat 5 dəqiqə müddətində təqibdən sonra üzmə vasitəsi saxlanılıb və baxış keçirilib.

Baxış zamanı dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları - 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “GARMİN” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkar olunub.

İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Məşhur idmançının övladlarından örnək addım
Füzuli rayonunda yaşlılara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir
Evdə qal: həyata qarşı daha güclü dayana, gələcəyə təbəssümlə baxa bilmək üçün...
Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri maliyyə imkanlarına malikdir
“Coca-Cola” ASAN könüllü xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
Bill & Melinda Gates Foundation, Wellcome və Mastercard COVID-19 mualicəsinin əlçatanlığının sürətləndirməsi təşəbbüsünə qoşuldular
Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
Ağsuda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Bakı şəhər açıq birinciliyində “Qala” Taekvondo klubunun idmançıları ikisi qızıl olmaqla üç medal qazanıb
Soyqırımın ildönümü Füzulidə də qeyd olunur
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
Yeni parlamentin qadın deputatları... - Siyahı
İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib
Daha 7 seçki dairəsi üzrə LİDER NAMİZƏDLƏR müəyyənləşdi
Ağsu İdman Komleksinin direktoru Elnur Alıyev yeni vəzifəyə təyin olundu
MSK-dan seçkiylə bağlı AÇIQLAMA
Sabahın HAVA PROQNOZU
Milli Məclis məlumat yaydı: Oqtay Əsədovun səhhətində heç bir problem yoxdur
ABŞ şirkəti “exit-poll” un nəticələrini açıqladı: SİYAHI
Azərbaycanın bu bölgələrinə güclü qar yağıb - FAKTİKİ HAVA
Təhlükəsizlik kameralarının üzərinin örtülməsinin səbəbi AÇIQLANDI
Çində koronavirus epidemiyasından ölənlərin sayı 813-ə çatıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.