А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Prezident: "Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərir"

14.03.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 332 | Yazar: Celilova |
Prezident: "Azərbaycan tolerantlıqda dünyaya nümunə göstərir"







"Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik".
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Bakıda keçirilən beynəlxalq tədbirlərdən, Avropa və İslam Həmrəyliyi Oyunlarından söz açan prezident İlham Əliyev bildirib ki, bu tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir: "2008-ci ildən başlayan Bakı Prosesi çox mühüm prosesdir. Bakı Prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür. Səylərimiz sabitliyin, təhlükəsizliyin, qarşılıqlı anlaşmanın gücləndirilməsinə yönəlib".
Azərbaycanda tolerantlıq mühitindən söz açan dövlət başçısı qeyd edib ki, Azərbaycan bu sahədə dünyaya nümunə göstərir.
Dövlət başçısı VI Qlobal Bakı Forumunun həmsədrlərinə və iştirakçılarına təşəkkür edib. (apa)
***
Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirildi.
Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyir.
Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
“Bundan sonrası XİN, səfirlik və hüquq mühafizə orqanlarının işidir”
Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib
Dünyada koronavirusa yoluxanların sayı 15 milyonu ötdü
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibəti ilə paylaşım edib
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Orta məktəb şagirdləri Azərbaycan Ordusuna maraqlı dəstək aksiyasına başladı - VIDEO
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.