А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Rusiyada seçkiləri izləyən MDB PA-nın nümayəndə heyəti: Prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb

18.03.18 | Bölmə: Xarici xəbərlər | Baxış: 313 | Yazar: Celilova |
Rusiyada seçkiləri izləyən MDB PA-nın nümayəndə heyəti: Prezident seçkiləri qanunvericiliyə uyğun aparılıb









MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərliyi ilə 18 mart 2018-ci il tarixində Rusiya Federasiyasında keçirilmiş prezident seçkilərinin gedişini izləmək üçün 16-18 mart 2018-ci il tarixlərində Moskva, Sank-Peterburq və digər şəhərlərində səfərdə olub.

Trend-in məlumatına görə, MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru Z.Əsgərov və deputat Rauf Əliyev Moskvada seçki prosesini izləyiblər. Müşahidə qrupu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçov və Dövlət Duması sədrinin birinci müavini İvan Melnikovla görüşüblər. Müşahidə qrupunun koordinatoru Z.Əsgərov MDB Parlamentlərarası Assambleyasının Rusiya prezidentinin seçki prosesini izləməkdə iştirak etmək üçün dəvətə görə Dövlət Dumasına öz minnətdarlığını bildirib.

Müşahidəçi qrup prezidentliyə namizəd Pavel Qrudininin seçki qərargahının üzvü Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Dimitri Novikovla da görüşüb.

Müşahidə qrupunun üzvləri Moskva seçki komissiyasının işi ilə tanış olub, komissiyanın sədri Valentin Qorbunovla görüşüblər. Qrup üzvləri Rusiyanın ən böyük meqapolisi olan Moskvada təbliğat-təşviqat kampaniyasının və səsvermənin təşkilinin xüsusiyyətləri, ərazi və məntəqə seçki komissiyalarının formalaşması prosesi və məntəqə seçki komissiyalarının texniki vasitələrlə təchizatı ilə tanış olub.

Seçki günü Moskva şəhərinin bir neçə seçki məntəqələrində müşahidə aparan müşahidə qrupunun üzvləri seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd ediblər.

Xatırladaq ki, Rusiya prezidenti seçkilərində Vladimir Putin səslərin 76,66 faizini toplayaraq qələbə qazanıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.