А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Əflatun Amaşov: Prezident seçkisi dəyərləri həyat amalına çevirənlərə etimadın növbəti təntənəsi kimi tarixdə yer tutacaq

23.03.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 387 | Yazar: Celilova |
Əflatun Amaşov: Prezident seçkisi dəyərləri həyat amalına çevirənlərə etimadın növbəti təntənəsi kimi tarixdə yer tutacaq








Ölkə və xalq üçün həssas və taleyüklü proseslər var. Bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil. Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir.

Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, seçki məhz özünütəsdiq imkanlarının nümayiş meydanı, bir növ indikatorudur:

"Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, bəziləri məsələnin mahiyyətini ya düzgün anlamaqda çətinlik çəkir, ya da… Seçki siyasi düşərgələrin milli maraq və mənafelər naminə birliyə, həmrəyliyə çağırış marafonudur. Marafonda məhz milli maraq və mənafeləri uzlaşdırmağı ən yaxşı bacaranlar qalib gəlir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir".

Onun sözlərinə görə, dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir:

"Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür. Amma bəziləri bu əlin nəyə görə uzandığını düşünə bilməyəcək dərəcədə piyada təfəkkürə malikdir... Əlbəttə, seçkiyə konkret siyasi düşərgənin sırf özünü təsdiqləmək imkanı kimi də yanaşmaq mümkündür. Hər bir cinahın bu imkandan maksimum faydalanmaq əzmi, prinsipiallığı, barışmazlığı anlaşılandır, təbiidir. Ancaq özünü isbat etmək tərzi vacib məqamdır. Əfsus ki, bizlər bunun sivil formasından çox, müəyyən mənada qurşaqdan aşağı zərbə vurmağa oxşayan təzahür formaları ilə baş-başayıq".

Mətbuat Şurasının sədri qeyd edib ki, xüsusən də sosial şəbəkələrdə və internet media orqanlarında siyasi opponent saydıqları şəxslərə, onların ailə üzvlərinə qarşı təhqiramiz fikirlər səsləndirənlər, yazanlar sanki yarışa giriblər:

"Bu adamlar özlərini kimlərəsə göstərmək, "baxın, biz də iş görürük" mesajı vermək istəyirlər. Tam əminəm ki, onların özlərini göstərməyə çalışdıqları qüvvələr də mübarizə vasitələrindəki primitivliyi təqdir etmirlər. Sadəcə məqsədləri bəllidir və bu məqamda "məqsəd vasitəyə bəraət qazandırır" deyib gülüş obyektinə çevrilmişləri seyr etməkdən zövq alırlar. Deməli, əsas olan kimlərinsə məqsədlərində çirkin vasitəyə çevrilməməkdir. Təəssüf ki, biz bəzilərinin timsalında bunun əksini də görürük... Biz görürük ki, bir qrup şəxs məskunlaşdıqları xarici ölkələrdə millətimizə və xalqımıza məxsus dəyərlərə, bu dəyərləri yayan, təbliğ edən insanlara qarşı, belə demək mümkünsə, söyüş səlibi elan ediblər. Əlbəttə, əvvəllər də belələrinə az rast gəlməmişik. Müxtəlif beynəlxalq konfranslarda ermənilərin və gürcülərin siyasi düşərgə müxtəlifliyindən asılı olmayaraq, milli maraqlar naminə birgə hərəkət etdiklərini müşahidə etdiyimiz halda, belələrinin qırmızı cizgiləri keçmələrinin həyasızlıq motivlərindəki rəngarənglikdən heyrətlənmiş və təəssüflənmişik. Axı necə ola bilər ki, sivil Qərb ölkəsində məskunlaşıb bu qədər sivil olmayan tərzdə mübarizə aparasan? Bu adamlar yaşadıqları cəmiyyətdəndəmi heç nə öyrənməyəcək, öyrənməyə çalışmayacaq qədər tükəniblər? Axı bu adamların yaşadıqları Qərb cəmiyyətlərində siyasətçilər kifayət qədər vətənpərvərdirlər, milli ideya və baxışların fövqündədirlər. Bunlara nə olub görəsən?!"

Ə.Amaşov vurğulayıb ki, Azərbaycan dünyanın harasında yaşayırsa-yaşasın, hər bir azərbaycanlının Vətənidir:

"Düşünürəm ki, hadisə və proseslərə baxışdakı hər cür müxtəliflikdən asılı olmayaraq, bu Vətəni və bu Vətənin dəyərlərini qorumaq lazımdır. Bu dəyərlərdə təhqir, siyasi mübarizəni qazanmaq naminə özünə qarşı guya mənəviyyatsızlıq edildiyinə dair nələrisə uydurmaq, mənsub olduğu xalqın qurub-yaratdığı dövlətin atributlarına qarşı cılız davranış nümayişi əsla yoxdur. Bu dəyərlərdə mərdlik, bütövlük, sadiqlik, ardıcıllıq, qətiyyət, alicənablıq var. Xalq bu dəyərləri özünün həyat amalına çevirənləri sevir və onlara hər zaman etimad göstərir. Şübhəsiz ki, 11 aprel prezident seçkisi də bu etimadın növbəti təntənəsi kimi tarixdə layiqli yerini tutacaq".скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Vaqif Dərgahlı: Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib
Əsgərlərimiz Qarabağda məşhur erməni qadın snayperi məhv etdilər - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Yaş həddi müəyyənləşdi
Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Vanqanın Azərbaycan haqqında dedikləri
Komendant saatına görə qatarların hərəkət cədvəli dəyişdi
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Dağlıq Qarabağ problemi qardaş Türkiyə gündəmində
Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Türkiyəli jurnalist:
“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Emin Ağalarov Azərbaycana belə dəstək oldu
Hərbi vəziyyətə görə Bakıdan bu təyyarə reysləri ləğv edildi
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib
Qismən səfərbərlik elan olundu - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Bakıda gənclər və idmançılara çağırış
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə etdi
Ərdoğan erməni xalqına MÜRACİƏT ETDİ
Erməni hərbçilər üçün xəstəxanada yer tapılmır - Düşmən böyük itki verir
Avstraliya mətbuatı erməni təxribatından yazdı
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.