А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Millət vəkili: “Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur”

29.03.18 | Bölmə: Siyasət | Baxış: 721 | Yazar: Celilova |
Millət vəkili: “Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur”










NEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Trend-in məlumatına görə, UNEC-in rektoru, professor Ədalət Muradov erməni millətçilərinin əsrlər boyu “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini bildirib. Tarixi mənbələrdə ermənilərin qul olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu diqqətə çatdıran rektor onların xarici havadarlarının köməyi ilə əzəli torpaqlarımızın işğalını öz məqsədlərinə çevirdiklərini vurğulayıb. O, Azərbaycan torpaqlarında törədilmiş erməni soyqırımlarına qarşı xalqımızın birgə mübarizə aparmasının vacibliyindən danışıb.

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə 155 ölkənin səs verdiyini xüsusi vurğulayan rektor, bununla həmin ölkələrin dövlətimizə və onun siyasətinə öz dəstəyini nümayiş etdirdiklərini qeyd edib. Rektor ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncamı mənfur qonşularımızın tarixi faktları saxtalaşdırmalarının qarşısının alınmasına yönəlmiş növbəti və çox önəmli addım olduğunu diqqətə çatdırıb.

Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımını insanlığı qarşı törədilmiş ən ağır cinayət adlandıraraq, bu soyqırımın törədilməsi səbəblərini açıqlayıb, ağır nəticələrindən danışıb. Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Quba şəhərində aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib. Millət vəkili bildirib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. O, yalnız 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırıb.

UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov mart soyqırımının tarixi kökləri, xarakteri və miqyası haqqında danışıb, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolunu vurğulayıb.

Tədbirdə 1918-ci ilin Mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.