А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Əli Əhmədov: Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi

11.04.18 | Bölmə: Son Xəbər » Cəmiyyət | Baxış: 469 | Yazar: Celilova |
Əli Əhmədov: Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi








Azərbaycanda keçirilən növbəti prezident seçkiləri baş tutub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov prezident seçkilərinin ilkin nəticələrinə həsr olunan tədbirdə deyib.

Ə.Əhmədovun sözlərinə görə, seçicilərin 74 faizindən çoxu seçkilərdə iştirak edib: "Buna görə də Azərbaycan xalqını təbrik edirəm. "Exit-poll"un nəticələrinə görə, Prezident İlham Əliyev 80 faizdən çox səs toplayıb. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi".

YAP-ın sədr müavini bildirib ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan güclü inkişaf edib: "İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs veriblər. Növbəti 7 ildə Azərbaycada yeni inkişafın mərhələsi olacaq. Prezidentin xalqımıza etdiyi xidmətə xalqımız layiqli cavabını verəcək".

Ə.Əhmədov əlavə edib ki, növbəti 7 ildə Azərbaycan daha sürətlə inkişaf edəcək, Azərbaycanın dünyada enerji təhlükəsizliyindəki rolu artacaq, iqtisadi inkişafı sürətlənəcək: "Azərbaycanın bu günü kimi gələcəyi də İlham Əliyevlə bağlıdır".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Yalnız vətənə bağlı olan kəslər əsil vətənpərvərliyin nə olduğunu bütöv xalqa öyrədir” Arzu Bayramova
Sənətin sevən sənətkar olar sözünə çox inanıram MODELYER
Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.