А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

"Media səsverməni əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb" - MŞ sədri

12.04.18 | Bölmə: Cəmiyyət | Baxış: 214 | Yazar: Celilova |
"Media səsverməni əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb" - MŞ sədri







"Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb".

Melumat-merkezi.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında təbliğat xarakterli 1051 material yayımlanıb: "Yayımlanan materialların sayı kifayət qədər çoxdur. Mətbuat Şurası tərəfindən əsasən təbliğat xarakterli materialların monitorinqi aparılıb. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib".

Ə. Amaşov qeyd edib ki, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb: "Televiziyalarda prezidentliyə namizədlər haqqında əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər".

MŞ sədri əlavə edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 1 müraciət daxil olub. “İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar".скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Samir Şərifov: Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
​Elnarə uşaqlara nağıl oxudu - FOTOLAR
“Deportasiyadan Etnik Təmizləməyə  Gedən Yol” adlı sənədli filmin çəkilişlərinə başlanıldı
Cəsarətli və güclü vətənpərvər - Davud İmanov + FOTOLAR
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəlib
“Qalatasaray” 22-ci dəfə Türkiyə çempionu oldu
Rayon maşınlarının Bakıya girişi qadağan edilir
Nazirliyin qarşısında paltarını sataraq etiraz edən şəxsə cavab
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
Yerevanda aksiyalar başlayıb, bütün məhkəmələrə giriş-çıxış bağlanıb
Gözəllik qalıcı olmalıdır ki,onunla öyünə biləsən
Azərbaycanda VƏHŞƏT: ər 9 aylıq hamilə arvadını bıçaqladı, bətnindəki qız...
Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
Azad Rəhimov:
Azərbaycan ət idxalını 24% artırıb
Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə tədbirləri keçiriləcək
Sabahın hava proqnozu açıqlandı
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?
Emin Millinin bu etirafı İlham Əliyevin uğurudur
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.