А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Beynəlxalq Muğam Mərkəzində “Aşıq Musiqi Axşamları” layihəsi çərçivəsində“Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram keçirildi...

13.04.18 | Bölmə: Mədəniyyət | Baxış: 693 | Yazar: Bakixeber |
Beynəlxalq Muğam Mərkəzində “Aşıq Musiqi Axşamları” layihəsi çərçivəsində“Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram keçirildi...



Elxan Məmmədli:”Sazımız Ədalətlə tarixdə qalacaq”


Azərbaycan aşıq sənətinin zirvələrindən biri olan aşıq Ədalət Nəsibov aşıq sənətinin inkişafında, sazın təkmilləşməsində, başlıcası isə milyonlarla insanın qəlbində saz tükənməz sevgi yaradan, formaşdıran nəhəng sənətkardır. Artıq bir neçə aydır ki, Dədə Ədalət haqqın dərgahına qovuşub. O, Allahın uca mərtəbəsində, mələklər dünyasında binələnib, yurd salıb. Aşıq Ədalət Nəsibov türk dünyasının Dədə Qorqud misallı sənətkarlarından biri kimi xalqın yaddaşında yaşayır. Əməkdar İncəsənət Xadimi, Prezident təqüdçüsü Ədalət Nəsibov hər zaman dövlətin diqqət göstərdiyi sənətkarlardan idi.
Beynəlxalq Muğam Mərkəzində “Aşıq Musiqi Axşamları” layihəsi çərçivəsində ölməz Ədalət Nəsibovun unudulmaz xatirəsinə həsr edilən “Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram keçirildi.
Layihənin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırovadır.
Gecə “Dədə Ədalət” filmindən fraqmentlərlə başladı. Gecənin aparıcısı Çiçək Mahmudqızı çıxış edərək gecə iştirakçılarını Dədə Ədalətin sənəti haqqında danışdı.
Sonra meydan saz verildi. Borçalı aşıq mühitinin gənc və istedadlı təmsilçilərindən olan aşıq Ramin Qarayev aşıq sənəti ənənələrinə uyğun olaraq məclisin musiqli hissəsini “Divani” saz havası ilə açdı.
Onun ifasından sonra aparıcı səhnəyə görkəmli folklorşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədlini dəvət etdi. E.Məmmədli aşıq Ədalət Nəsibov sənətinin ucalığından danışaraq onun aşıq yaradıcılığına verdiyi töhfələrdən danışdı. Ustad sənətkarla 1965-ci ildə tanış olduğunu və onunla dəfələrlə sənət söhbətləri etdiyini deyən ustad folklorşünas bildirdi ki, Dədə Ədalət özündən sonra zəngin ifaçılıq irsi qoyub gedib:”Bu gün Ədalətsiz saz dünyası mənə çox qaranlıq görünür. Ədalət sazı həm Bakıya, həm də bütün dünyaya tanıtdı. Mirzə İbrahimov deyirdi ki, Azərbaycan mədəniyyətini dünya miqyasında tanıtmaq üçün təkcə Ədalətin sazı kifayət edər. O, 50-dən çox xarici ölkədə qastrol səfərində olub və sazımızı təmsil edib. Ədalət vergili sənətkar idi. Hazırda Cənubi Azərbaycanda, Qaradağda, Təbrizdə solo saz ifaçılarının 99 faizi Ədalətin yolu ilə ifa edirlər. Sazımız Ədalətlə tarixdə qalacaq”.
Gecədə həmçinin aşıq Şəhriyar Şahverdiyev “Kərəm gözəlləməsi”, aşıq Rəfiqə Göyçəli “Orta sarıtel”, solo saz ifaçıları Roman Azaflı, Sahib İsmiyev və Elvin Axundov “Ruhani” saz havalarını təqdim etdilər. Tanınmış xanım aşıq Zülfiyyə İbadova ustadın repertuarının şah əsəri olan “Yanıq Kərəmi” havası ilə Dədə Ədalətin ruhu qarşısında hesabat verdi. “Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqramında aşıq Avdı Musayev “Qaraçı”, aşıq Şaiq İncəli “Yüngül şərili”, Ramin Qarayev “Kərəm dubeyti” havaları ilə çıxış etdilər. Ustadın ruhunu salamlamağa gələn sənətkarlardan olan aşıq İlham Aslanbəyli “Naxçıvani” havasını təqdim etdi və ölməz şairimiz Zəlimxan Yaqubun ustada həsr etdiyi “Bir məclisdə Ədaləti dinlədim” şeirini söylədi.
Barmağında köz olmuşdu təzanə,
Biz yanırdıq ocağa nə, gözə nə.
Daş deyirdim alışmayıb dözənə
Yandım deyən təbiəti dinlədim
Bir məclisdə Ədaləti dinlədim!
Gecənin sonuncu saz tövhəsini aşıq Şəhriyar Kərimli və aşıq Elməddin Məmmədli ifasında “Müxəmməs” havası ilə verdilər.
“Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram “Dədə Ədalət” filmindən fraqmentlərin nümayişi ilə sona çatdı.
İradə SARIYEVA



Beynəlxalq Muğam Mərkəzində “Aşıq Musiqi Axşamları” layihəsi çərçivəsində“Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram keçirildi...

Beynəlxalq Muğam Mərkəzində “Aşıq Musiqi Axşamları” layihəsi çərçivəsində“Yaddaşlardan silinməz aşıq Ədalət” adlı ədəbi-musiqili proqram keçirildi...скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Attestat ala bilməyənlər üçün imtahanlar keçiriləcək
ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.