А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Dövlət qulluğuna qəbulda hansı ali məktəbin məzunu daha yaxşı nəticə göstərir? - STATİSTİKA

01.05.18 | Bölmə: Cəmiyyət | Baxış: 290 | Yazar: Celilova |
Dövlət qulluğuna qəbulda hansı ali məktəbin məzunu daha yaxşı nəticə göstərir? - STATİSTİKA







DİM dövlət qulluğuna qəbulla bağlı müsabiqənin 22.04.2018-ci il tarixində keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin bitirdikləri ali təhsil müəssisələri və təhsil səviyyələri üzrə statistik məlumatları təqdim edir.

Melumat-merkezi.az xəbər verir ki, DİM tərəfindən keçirilən imtahanda ümumilikdə 47 ali təhsil müəssisəsinin məzunları iştirak ediblər.

İmtahanda daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Dövlət Universitetinin məzunları iştirak ediblər. Azərbaycan Dövlət İqtisad Universitetinin 319 məzunundan 137 nəfər (42.9%), Bakı Dövlət Universitetinin 273 məzunundan 145 nəfər (53.1%) imtahandan uğurla keçmişdir. BDU-nun uğur əldə etmiş məzunlarından 34 nəfərinin, ADİU-nun uğur qazanan məzunlarından isə 66 nəfərinin magistr təhsili var.

İmtahanda Azərbaycan Turizm İnstitunun məzunlarının 73.3%-i müvəffəqiyyət əldə edib. Turizm İnstitunun 15 məzunundan 11 nəfər sertifikat almaq üçün tələb olunan balı toplayıb. Azərbaycan Dövlət Neft Akademiyası məzunlarının 56.1%-i, Bakı Dövlət Universitetinin məzunlarının 53.1%-i, Azərbaycan Dövlət Aqrar Universiteti məzunlarının 52.9%-i, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 50.9%-i, Sumqayıt Dövlət Universitetinin məzunlarının 50%-i imtahandan uğurla keçib.

Dövlət qulluğuna qəbul imtahanının test imtahanı mərhələsindən qeydiyyatdan keçmiş namizədlərdən 1059 nəfər yalnız bakalavr təhsillidir. Onlardan 457 nəfər uğur qazanıb. Magistr təhsili olan 431 nəfərdən isə 201 nəfər imtahanda uğur qazanıb.

10-dan az məzunu olan ali təhsil müəssisələrinin sayı 21-dir. Bu ali təhsil müəssiələrinin 104 məzunu imtahanda iştirak edib və onlardan yalnız 35 nəfər uğur qazanıb. Bu isə ümumilikdə imtahandan keçənlərin 5.3%-ni təşkil edir.

Fəaliyyəti dayandırılmış ali təhsil müəssisələrinin sayı isə 7-dir. Bu ali təhsil müəssisələrinin məzunlarından cəmi 12 nəfər (o cümlədən 5 nəfər Qafqaz Universiteti məzunu) imtahandan keçib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.