А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

“Təlimlər ordumuzun gücünü nümayiş etdirir” - General Osmanov

03.05.18 | Bölmə: Siyasət | Baxış: 341 | Yazar: Celilova |
“Təlimlər ordumuzun gücünü nümayiş etdirir” - General Osmanov








Hərbi Tibb fakültəsində Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bu barədə Melumat-merkezi.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Müdafiə Nazirliyinin zabitləri, Azərbaycan Tibb Universitetinin müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib. Konfransda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov çıxış nitqi ilə konfransı açıq elan edib. Ordumuzun inkişaf yolundan danışan general-leytenant N.Osmanov bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyindən danışdıqda, tarixin bizə bəxş etdiyi dahi rəhbər və müdrik dövlət xadimi Heydər Əliyevin əvəzolunmaz xidmətlərini xüsusi vurğulamaq lazımdır.

"Ali Baş Komandan İlham Əliyevin etimadını layiqincə doğrultmaq orduda xidmət edən hər kəsin vacib vəzifəsidir” - deyən general-leytenant N.Osmanov çıxışını davam etdirərək vurğulayıb ki, Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Onun diqqət və qayğısı nəticəsində ordumuzda hər bir sahədə sürətli inkişaf gedir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun müasir standartlara tam uyğunlaşdırılması məqsədilə aparılan səmərəli işlər nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Müdafiə Nazirliyi rəhbərliyinin iştirakı ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli irimiqyaslı əməliyyat-taktiki təlimlər keçirilir ki, belə təlimlər Ordumuzun güc və qüdrətini nümayiş etdirir.

Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra elmi-praktik konfransın gündəliyinə daxil olan mövzular üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə-Qubadlı-Şuşa-Kəlbəcər bizi gözləyir
Prezident İlham Əliyev: Bu sənəddə öhdəlik var, dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan
Prezident İlham Əliyev xalqa müraciət edib
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Prezident İlham Əliyev:
Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.