А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Güzəştli mənzillər nümayiş olundu - FOTO

06.05.18 | Bölmə: İqtisadiyyat | Baxış: 306 | Yazar: Celilova |
Güzəştli mənzillər nümayiş olundu - FOTO








Güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində, 4 may 2018-ci il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun, agent bankların və qiymətləndirici şirkətlərin nümayəndələri ilə görüş təşkil olunub.

Melumat-merkezi.az xəbər verir ki, tədbirin əsas məqsədi Yasamal Yaşayış Kompleksində satışa çıxarılacaq mənzilləri ziyarətçilərə nümayiş etdirərək, istifadə olunan inşaat materialları və təmir növləri haqqında ətraflı məlumat verməkdir.

Agentliyin nümayəndəsi bildirib ki, 2016-cı ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikinti işləri sürətlə davam etdirilir.

29 çoxmənzilli yaşayış binasından ibarət olan Kompleksin 21 binasında konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. İlk mənzillərin vətəndaşlara təhvil verilməsi cari ilin yay aylarında planlaşdırılır.

Artıq Yasamal Yaşayış Kompleksinin ilk dörd binasında 260 mənzilin satışa çıxarılması ilə bağlı elan verilib. Bütün mənzillər tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Mənzillərdə keyfiyyətinə görə tamamilə eyni, yalnız dizaynına görə fərqlənən iki növ təmir aparılır.

Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir.

Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.
Daha sonra tədbirdə iştirak edən şəxslər belə görüşün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndiriblər və onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Mənzillərin təmirinin keyfiyyətlə aparıldığını qeyd edən nümayəndələr Yasamal Yaşayış Kompleksində gələcək sakinlərin rahat və sağlam yaşayışı üçün bütün zəruri şəraitin yaradıldığını vurğuladılar.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan “Kapital Bank”, “Bank BTB”, “Unibank” və “Azər Türk Bank”ın təqdim etdiyi güzəştli ipoteka kreditindən yararlana bilərlər.

Vətəndaşların rahatlığını təmin etmək məqsədilə, 6 aprel 2018-ci il tarixindən etibarən bu kredit təşkilatlarının müvafiq filiallarında güzəştli ipoteka kreditinin əldə edilməsi və “Elektron ipoteka” sistemində şəxsi kabinetin yaradılması ilə bağlı sualların cavablandırılması işinə başlanılıb. İşin səmərəli təşkili və vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq üçün bankların filialları paytaxtın müxtəlif istiqamətlərində müəyyən edilib.

Qeyd edək ki, 6 aprel tarixindən etibarən agent bankların filiallarında 2000-dən çox vətəndaşa xidmət göstərilərək güzəştli ipoteka kreditinin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb və ətraflı məlumat verilib.

Güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşlar bu siyahıda göstərilən ünvanlardan birinə yaxınlaşaraq və ya əlaqə nömrələrinə zəng edərək mövzu ilə bağlı suallara cavab tapa bilərlər.


Güzəştli mənzillər nümayiş olundu - FOTO


Güzəştli mənzillər nümayiş olundu - FOTOскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.