А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Mətbuat Şurası Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirib

07.05.18 | Bölmə: Siyasət | Baxış: 377 | Yazar: Celilova |
Mətbuat Şurası Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirib







Bakıda “Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.



APA-nın xəbərinə görə, konfransın açılışında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə olunan nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlər, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə keçirilən islahatlardan söz açıb.



Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan çox ciddi sarsıntılardan qurtula bilib: “Ulu öndərin siyasətinin əsas məqsədi o idi ki, Azərbaycan mətbuatı müstəqil olmaqla yanaşı, güclü olsun. Bu gün də dövlətin mətbuat üzərində hər hansı bir nəzarəti yoxdur. Heydər Əliyev tərəfindən əsası qoyulmuş media siyasəti bu gün də uğurla davam etdirilir. Azərbaycan mediasının ciddi inkişaf yolu keçdiyini görə bilərik".



“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda Heydər Əliyevin sayəsində söz azadlığı təmin olunub və bu gün Azərbaycan jurnalistikası prezident İlham Əliyevin müvafiq qərar və sərəncamları ilə uğurla inkişaf edir: “Heydər Əliyevin qoyub getdiyi siyasət tərəqqi deməkdir və bu gün də bu siyasət müasir şəkildə İlham Əliyev tərəfindən davam etdirilir”.



Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli də öz növbəsində deyib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrə diqqət artdı və bir çox güzəştlər oldu: "Bu gün bütün çətinliklərdən uzaq olsaq da, torpaqlarımızın işğal altında qalması yeganə problemimiz olaraq qalır".



Heydər Əliyevin jurnalistlər arasında səmimi bir mühit yaratdığını söyləyən deputat Aqil Abbas da Azərbaycanda mətbuat azadlığının bərqərar olmasında H. Əliyevin rolundan söz açıb. Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Heydər Əliyev jurnalist peşəsinin çətin olduğunu deyir və bu fəaliyyəti həmişə qiymətləndirirdi: "O, Azərbaycan mətbuatının böyük qayğıkeşi idi və fəaliyyətini həmişə stimullaşdırırdı".



Konfrans müzakirələrlə davam etdirilib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.