Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd edilib
10.05.18 | Bölmə: Mədəniyyət | Baxış: 470 | Yazar: Celilova |

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib.
Melumat-merkezi.az xəbər verir ki, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx ilə tanış olublar.
Tədbiri teatrın direktoru,Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb. Vurğulayıb ki, mədəniyyətimizin müxtəlif sahələri ilə yanaşı teatr sənəti də daim Heydər Əliyevin böyük qayğısı ilə əhatə olunub, mədəniyyət və incəsənət nümayəndələri mütəmadi olaraq ulu öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.
Tədbirdə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Xalq artisti, rejissor Vaqif Əsədov, Xalq artisti Yasin Qarayev və teatrın aktyorları ulu öndərin teatr və bu sahədə çalışan insanlar haqqındakı fikirlərini xatırladaraq bildiriblər ki, Heydər Əliyev teatrı hər zaman müqəddəs yer adlandırırdı: "Fikirlərində qeyd edirdi ki, insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. İncəsənətin, o cümlədən kino və teatrın gənc nəslə təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir". Ulu öndərin bu sözləri teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. Tədbirdə iştirak edənlər çıxışları zamanı diqqətə çatdırıblar ki, 1969-cu ildən ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycan teatrının həyatında coşqunluq hiss olunmağa başlayıb. Görkəmli sənət adamlarının yubileylərinin təntənəli şəkildə qeyd olunması, forma, məzmun və üslub etibarilə müxtəlif zəngin və rəngarəng müsabiqələrin təşkili müntəzəm xarakter alıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev daim respublikamızda mədəniyyət ocaqlarının açılış mərasimində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak edibvə səhnə arxasında aktyorlarla görüşərək onların problemləri ilə maraqlanıb. Ümummilli liderin teatr ocaqlarına gəlişi, teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir. Mədəniyyətin və incəsənətin inkişafı naminə teatr xadimləri daim ümummilli liderin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu gün bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və teatr sahəsində çalışanlar ulu öndərin xatirəsini, onun teatr və sənət yolunda gördüyü işləri ehtiramla yad edərək yaradıcılıqları boyu hər zaman bu məsuliyyəti hiss edirlər.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət