А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan aşıq sənətinin "yurd yeri" ustad aşıq Dərya Məhəmmədin 110 illik yubileyi qeyd edildi

14.05.18 | Bölmə: Mədəniyyət | Baxış: 551 | Yazar: Bakixeber |
Azərbaycan aşıq sənətinin "yurd yeri" ustad aşıq Dərya Məhəmmədin 110 illik yubileyi qeyd edildi






Mayın14-də Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad aşıq Dərya Məhəmmədin (Məhəmməd Şıxlı) anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirildi. XX yüzilliyin görkəmli sənətkarlarından  biri olan Dərya Məhəmməd həm ustad aşıq, həm də təbli şair olub.
Dostun məzəmməti könül sındırar
Namərd deyil, könlüm mərd yerindədi.
Gözləyir gözlərim, karvan axtarır
Deyirlər yar köçüb yurd yerindədi.
Dərya Məhəmmədin bu şeiri həm keçmiş, həm də çağdaş aşıqların repertuarında xüsusi yer tutur. Ustaddan yadigar qalan "Yurd yeri" havasının da havacatlar sırasında öz yeri var.
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən yubiley gecəsini tanınmış qələm sahibi, ustad jurnalist Məti Osmanoğlu açdı. O, Dərya Məhəmmədin aşıq sənətinə verdiyi töhfələrdən danışdı. "Dərya Məhəmməddən danışanda ilk yadımıza düşən "Yurd yeri " havası olur. Bu gün aşıq Məhəmməd sənəti Azərbaycan aşıq sənətkarlığının "yurd yeri"nə çevirilib. Bu "yurd yeri"nin coğrafiyası yalnız aşığın doğulub boya -başa çatdığı, ömrünün sonuna qədər yaşadığı Şıxlı kəndi ilə, Qazaxlar,  Azərbaycanla məhdudlaşmır, onun şeirləri Cənubi Azərbaycan aşıqlarının da repertuarında xüsusi yer tutur"-deyə M.Osmanoğlu  bildirdi. O, vurğuladı ki, ötən əsrin 20-ci illərində aşıq Məhəmməd öz həmkəndlisi aşıq Səmədə qulluq edib, ondan sonra isə aşıqlıq sənətinin sirlərini görkəmli aşıq Sadıq Sultanovdan öyrənib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, əməkdar elm xadimi Məhərrəm Qasımlı da çıxışında ustad sənətkarın aşıq sənətinin inkişafında xidmətlərindən danışdı. "Aşıq sənətində elə sənətkarlar var ki, onların nə ifası,  nə də siması çoxlarının yadında qalmır, onlar söz yükü yadda qalır.  Dərya Məhəmməd o kişilərdən idi. Onun özünəməxsus oxumaq tərzi var idi. Çalğısı da bənzərsiz idi "- deyə M.Qasımlı  bildirdi.
Gecədə "Çeşmə " Folklor qrupu "Şirvan müxəmməsi", Avdı Musayev "Yurd yeri ",  Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı "Gözəlləmə ",  Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflı və gənc aşıq Roman Azaflı "Dubeyti ", Altay Məmmədli "Orta sarıtel", Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva "İncəgülü ", Şaiq Incəli "Hüseyni ", aşıq İlham Aslanbəyli "Mixəyi ", ustad aşıq Bəhmən Göyçəli və aşıq Firudin Göyçəli "Gəraylı ", aşıq Ramin Qarayev "Dərvişi", Əfsanə Kərimli "Şahsevəni ",Sahib Hacılı və Fidan Qurbanova "Orta müxəmməs ", Məhəmməd Şıxlı "Ruhani ", Xavər Zəngilanlı "Koroğlu dubeytisi ",İsmayıl İncəli "Aran gözəlləməsi " havalarını ifa etdilər. Sonda isə aşıq Avdı Musayev, aşıq Ramin Qarayev və aşıq Şaiq İncəli "Baş müxəmməs " havasını gecə iştirakçılarına təqdim etdilər.
İradə SARIYEVAскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Yalnız vətənə bağlı olan kəslər əsil vətənpərvərliyin nə olduğunu bütöv xalqa öyrədir” Arzu Bayramova
Sənətin sevən sənətkar olar sözünə çox inanıram MODELYER
Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.