А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Bakıda kafedə partlayış: İki nəfər ölüb - YENİLƏNİB

21.05.18 | Bölmə: Son Xəbər » Gündəm | Baxış: 576 | Yazar: Celilova |
Bakıda kafedə partlayış: İki nəfər ölüb - YENİLƏNİB








Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda kafedə partlayış baş verməsi barədə məlumat yayıb.

FHN-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb.

Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əlavə məlumat veriləcək.

16:32

Bakıda kafedə dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, ölənlərdən biri qadın, biri kişidir.

Onlar İbrahimov Natiq və İbrahimova Şəkər adlı şəxslərdir.

İbrahimov Natiq həmin kafenin müdiri, qardaşının arvadı İbrahimova Şəkər isə aşpaz kimi fəaliyyət göstərib.

15:57

Bakıda, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə partlayış baş verib.

Oxu.Az-ın xəbərinə görə, partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

15:52

Bakıda kafedə partlayış olub.

Oxu.Az-ın xəbərinə görə, hadisə Binəqədi rayonunda, “Elit” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Xəsarət alanlar var.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Attestat ala bilməyənlər üçün imtahanlar keçiriləcək
ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.