А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Musiqili Teatrda “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq

21.05.18 | Bölmə: Mədəniyyət | Baxış: 618 | Yazar: Celilova |
Musiqili Teatrda “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq









Azərbaycan Dövlət Musiqili Teatrında mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə “Nuri-didə Ceyhun” tamaşası təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən Melumat-merkezi.az-a verilən məlumata görə, ideya müəllifi teatrın direktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanıb.
Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.
"Nuri-didə Ceyhun” pyesində hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilir. Tamaşada Azərbaycanı müstəqil ölkə və dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyəti önə çəkilir.
Premyerada rolları əməkdar artistlər Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edəcəklər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunub. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Bu gün 4 rayonda qaz olmayacaq
Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif
Bu gün 164 mindən çox şagird birinci sinfə gedir
İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Millət vəkili Rüfət Quliyev Ukrayna və Azərbaycan arasında əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diplomla təltif olunub
Maştaga qəsəbəsində
İcra başçısı Ağcabədidə Füzulidən olan məcburi köçkünlərlə görüşüb
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı öz işinə başlayıb
Bu il 124 nəfər dərmandan zəhərlənib
Bakının “ən xəstə” rayonları bəlli oldu - SİYAHI
Bakı polisi yeni dərs ilinin başlaması ilə bağlı tədbirə başladı
Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilər hazırlanır
Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.