А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

MÜSAHİBƏ “Qadınlarımızın əsas problemi bəzən düzgün kosmetoloq seçmirlər və buda böyük fəsadlar yaradır….” Kürsüm Məmmədli

29.05.18 | Bölmə: Cəmiyyət | Baxış: 554 | Yazar: Arzu |
MÜSAHİBƏ “Qadınlarımızın əsas problemi bəzən düzgün kosmetoloq seçmirlər və buda böyük fəsadlar yaradır….” Kürsüm Məmmədli



















Gözəllik ondur doqquzu dondur deyimini əbəs yerə söyləməyiblər.Hər bir qadın indevidualdı,hər qadın gözəldir,hər qadın zərifdir. Günümüzdə bir çox prosedurlar xanımlarımızı daha sağlam,daha gözəl,daha zərif edir. Həm saytımıza,həmdə özümə xanımlarımızın əksəriyyəti onlara aid maraqlı rubrika etməyimizi istəyirdi. Elə isə bu dəfəki rubrikamız əziz xanımlar tam sizin üçündür.
Müsahibim tanınmış kosmetoloq Kürsüm Məmmədli ilə çalışacağıq ki,sizin ünvanladığınız sualları cavablayaq.Qeyd edim ki,bu rubrikanı elan etdiyimiz andan bir çox xanımlar fərqli suallar göndərdilər bu səbəblədə çalışacağız ünvanladığınız bütün suallara aydın şəkildə cavablayaq.


Məlumat-Mərkəzi.az təqdim edir!

-Kürsüm ilk öncə istərdim oxucularımızı salamlayıb qısaca özün haqqında bəhs edərdin.

- İlk olaraq bütün oxucularımızı salamlayıram.Mən Kürsüm Məmmədli artıq 4 ilə yaxındır ki,bu iş üzrə profesional çalışıram və “Salon De Baku’da” fəaliyyət göstərirəm.

- Sizə əsasən hansı problemlə müraciət edirlər?

- Əsasən xanımlarımız mənə gənə,üzə baxım qulluğunda,üzün təmizlənməsində,mezoterapiayalar üçün müraciətlər edirlər.

-Azərbaycan qadınlarının bu sahədə əsas problemi nədir?

-Azərbaycanda qadınlarımızın əsas problemi bəzən düzgün kosmetoloq seçmirlər və buda böyük fəsadlar yaradır,xoşagəlməz hallarla üzləşirlər.

-Kürsüm səncə, təcrübəli kosmetoloq necə olmalıdır?


-İlk öncə ən vacib işini sevməlisən bu olduğu təqdirdi işin peşakarı olacaqsan.

-Fikrinizcə, yaşından gənc görünməyin əsas sirləri nədir?

-İnsanın özünü sevməsidir,özünə vaxt ayırmasıdır.O,demək deyil ki,kosmetoloq yanına gəlməlidir xeyir Sadəcə ev şəraitindədə özünə baxmalıdır ən az 30 dəqiqəsin öz üzərinə ayırmalıdır.

Qeyd edim ki,bu rubrikanı elan etdiyimiz andan bir çox xanımlar fərqli suallar göndərdilər bu səbəblədə çalışacağız ünvanladığınız sualları bizim kosmetoloqumuz cavablasın.

-Oxucularımızdan biri sual ünvanlayıb ki, yay aylarında lazerə getmək mümkündürmü?

- Mümkündür sadəcə dəri tipinə uyğun dərəcə seçilməlidir sürət qoyulmalıdır ki,daha sonra fəsad olmasın.Çünki,dərəcə tipin uyğun qoymayanda problemlər olur.

-Qızımın 18 yaşı var. 14 yaşından üzündə sızanaqlar var. Qanı təmizdir, ginekoloji problemi yoxdur. Bəs niyə belədir? Ev şəraitində nə edək? Hansı dərmanlardan istifadə edək?

- Yaş dövrü ilədə ola bilər əgər passiyentin qanında bir problem yoxdursa, genikoloji problem yoxdursa dəri nə qədər çox piy ifraz edərsə o qədər çox sızanaqlar olacaq.Bu hal həmdə adətən yağlı dərili olan insanlarda daha tez-tez baş verir.

Evdə normal dəri üçün ən yaxşı pilinq nə ola bilər?

- Qəhvə ilə düyünü kofe üyüdəndən keçirirlər, 1-çay qaşığı düyü ununa eyni miqdarda üyüdülmüş qəhvə əlavə edirlər.Əgər dəri yağlı və ya qarışıq tipə aitdirsə o zaman qarışıma 2 qaşıq kefir və yoğurt elavə edirlər, yox əgər dəri normal tipə uyğundursa, 1 qaşıq süd yaxudda xama ilədə edə bilərlər.Sonra üzə çəkərək 5-7 dəqiqə üzlərində saxladıqdan sonra üzlərin yuya bilərlər.Bu zaman dəri daha canlı olacaq.


-Kürsüm bu sahəyə maraq səndə necə yaranıb? Çünki,yorulmadan elə səlis başa salırsan ki,yalnız peşəsini ustadı bu cür edər))?

-(gülür) Bu sahəyə mənim necə yox daha çox kimin maraq yaratdığını desəniz uyğun olar.Anam sayəsində maraq yaranıb məndə o,məni peşəkar kosmetoloq kimi görmək istəyirdi düzdü əvvəllər çox çətin idi mənə dərslər,kitablar,iynələr qorxurdum ki,məndə alınmayacaq.Amma artıq görürəm ki,insan istəyirsə işinin peşəkarı ola bilir. Həmdə saatlarla sizinlə danışa bilərəm çünki,mən gözəllik vurğunuyam və peşəsinin ustadının tələbəsiyəm mənim hazırkı uğurlarım o insanın mənə öyrətdikləri sayəsindədir.


-Gülnar xanım saytımızın elektron poçtuna belə bir sual ünvanlayıb.

-Kürsüm xanım men ilk dəfə üzümü aldırmışam sonra səpkilər yaranıb nə etsəm keçər və nə qədər vaxta keçər?


- Elə tiplər var ki, sap və yaxud digər vasitələr dəriyə əks təsir edir buda həmin dəri tiplərindən biridir ki,sap vurdurduqda artıq üzdə səpkilər yaranıb və bunun ev şəraitində getməsi mümkünsüzdür.Passiyent bizə müraciət edər biz ona baxıb köməklik edərik.

-Hamilə xanımlar ən çox hamiləlik dövründə üzdə yaranan səpkilərdən şikayətlənir.Hansı prosedural etməlidirlər ki,yaranan ləkələrin və səpkilərin qarşısını alsın?

- Hamiləlik zamanı bunlar qaçınılmazdır bu imunitetin aşağı düşməsindən irəli gəlir.Səpkilərin və ləkələrin getməsi üçün yalnız hamiləlikdən sonra müraciət edə bilərlər.Bu elədə qorxulu bir hal deyil sadəcə bir neçə prosedur keçməlidirlər ki,düzəlsin.

-Qara noqteler ve sızanaqlardan necə xilas olmaq olar?

-Çalışmaq lazımdır ki,vaxtı-vaxtında qara nöqtələr təmizlənsin.Xanımlara ən çox məsləhətim yay və qış aylarında tonal kremlərdən çox az istifadə etsinlər çünki,tonal kremleri çox istifadə edəndə üzdə qara nöqtələr və sızanaqlar yarana bilir.


-Daha bir oxucumuz belə bir sual ünvanayıb.

-Həkim eqzama yolxucudur və daşıyıcı xəstəlik kimi qala bilərmi?

-Eqzama uzun sürən dəri xəstəliyidir bəzən sakitləşədə bilər bəzənsə daha kəskinləşə bilər.


-Salam Məlumat-Mərkəzi.az saytı və kosmetoloq Küsrüm xanım. Mənim üzümdə məsamələr var onları hansısa aparatın köməyi ilə kiçiltmək mümkündürmü və hansı prosedurlar tətbiq olunmalıdır?

-Bəli mümkündür aparat vasitəsiylə ola bilər,başqa prosedurlar vasitəsilədə yalnız biz dəriyə baxdıqdan sonra deyə bilərik ki,hansı prosedur lazımdır.

-Saç tökülmələrinə qarşı hər hansı lazer epilyasiyasından istifadə etmək olar?

-Bu çox yanlış məlumatdır saçın tökülməsinə lazer epiliyasiyasının heç bir adiyatı yoxdur.Sadəcə mezoterapiyalardan,masajlardan istifadə edə bilərlər.

-Bir oxucumuz belə bir sual ünvanlayıb. Hamiləlikdən sonra qarnımda çapıq kimi ləkə qalıb. Onu necə yox etmək olar?

-Əksər xanımlarda belə problem var yalnız ev şəraitində mümkün deyil mütəxəsisə görünsələrə daha yaxşı olar.

-Kürsüm çox təşəkkür edirəm saytımızın oxucularının bizə ünvanladığı sualları cavablandırdığın üçün.

- Mən sizə təşəkkür edirəm Arzu çox xoş oldu.

-Son olaraq bizim xanımlarımıza nə kimi töfsiyələr edərdin?

- İlk öncə özünüzü sevin və özünüzə dəyər verin əziz xanımlar çünki,özünüzü nə qədər çox sevsəniz ətrafda sizi sevib dəyər verəcək.Çalışdığınız qədər özünüzə vaxt ayırmağı bacarın çünki, həyatda çirkin qadın yoxdur özünə qullu etməyən qadın var.


\\Baş Redaktor\\
\\Arzu Bayramova\\скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Yalnız vətənə bağlı olan kəslər əsil vətənpərvərliyin nə olduğunu bütöv xalqa öyrədir” Arzu Bayramova
Sənətin sevən sənətkar olar sözünə çox inanıram MODELYER
Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.