А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Bakıda iki marşrut xətti birləşdirilərək müsabiqəyə çıxarıldı

31.05.18 | Bölmə: Cəmiyyət | Baxış: 291 | Yazar: Celilova |
Bakıda iki marşrut xətti birləşdirilərək müsabiqəyə çıxarıldı







Bakı Nəqliyyat Agentliyi “Beynəlxalq Avtovağzal” kompleksi – “8-ci km Bazarı”nı əlaqələndirən 20 nömrəli və Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) – “Xalqlar Dostluğu” metrostansiyasını əlaqələndirən 94 nömrəli marşrut xətləri ilə bağlı müsabiqə elan edib.

BNA-dan Melumat-merkezi.az-a verilən məlumata görə, hər iki marşrut xətti ilə bağlı aparılan kompleks təhlillərlə müəyyən edilib ki, 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km Bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olurdu. Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.

Qeyd edilən nöqsanların aradan qaldırılması və sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün 20 və 94 nömrəli marşrutların birləşdirilərək müsabiqə yolu ilə bir daşıyıcı tərəfindən istismar edilməsinə qərar verilib. Vahid hərəkət cədvəli ilə xidmət göstərəcək hər iki marşrutun son dayanacaq məntəqəsi də dəyişdirilib. Dəyişikliyə əsasən, avtobuslar Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s)-Əhmədli metrostansiyası və Beynəlxalq Avtovağzal Kompleksi-Əhmədli metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək.

Müsabiqə şərtlərinə əsasən, daşıyıcıdan ən azı 35 avtobus tələb olunur. Bu avtobuslar minimum 75 sərnişin tutumuna və 24 oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 05:30-da reysə başlamalı, 23:59-də isə reysi bitirməlidir. Müsabiqəyə dair sənədlər toplusu 05.06.2018 tarixində Bakı Nəqliyyat Agentliyinin rəsmi saytında yerləşdiriləcək. Müsabiqədə iştirak etmək istəyən və maraqlanan şəxslər tanış ola bilər. Təkliflərin qiymətləndirilməsi zamanı daşıyıcılara (sahibkarlara) aşağıdakı meyarlarına görə üstünlük veriləcəkdir:

1. Müasir standartlara cavab verən istehsalat bazasına (qaraj) malik olması.

2. İstehsalat bazalarının avtobus sayına müvafiq təmir zonalarına, inzibati binaya və parklanma ərazisinə malik olması.

3. Yeni müasir avadanlıqlarla təhciz edilmiş nəqliyyat vasitələrinə (avtobuslara) malik olması;

4. Sürücü bazası və müvafiq işçi heyətə malik olması.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Komitə qadağa qoysa da, ATV-nin keçmiş prezidenti əməl etmir
Deputat qəbul keçirib
“Hər kəs qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır
Cəmiyyətdən təcrid olunmuş yeniyetmələr topluma yenidən qazandırılacaq
Deputat Rüfət Quliyev seçiciləri qəbul edib
Sabah güclü külək əsəcək, yağış yağacaq - PROQNOZ
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi
Kolleclərdən tələbələrə “PANDEMİYA TÖHFƏSİ”: Təhsil haqları artırıldı
Sabah küçəyə çıxmaq təhlükəli ola bilər
Ermənistanın çiynində Xocalı faciəsi kimi ağır cinayətlər var” - İtaliyanın sabiq səfiri
Müəllim olmaq istəyənlərin nəzərinə
Vyetnam Rusiyadan koronavirus vaksini alacaq
ÜST məktəbləri təhlükə adlandırdı – Dərslər başlamayacaq?
ÜST-dən virusun qida vasitəsilə yayılması barədə AÇIQLAMA
Bayram günləri elektrik qatarları necə işləyəcək?
Azərbaycanda koronavirusla bağlı şad xəbər – Rəsmi
ABŞ Konqresində tibbi maskalarla bağlı yeni qayda
“CinemaPlus”dan sosial dəstək - FOTO/VİDEO
Bu gün 10 şəhər və rayonda buraxılış imtahanları keçiriləcək
Su ehtiyatlarının azalması sürətlənir
Azərbaycanın bölgələri üzrə COVID-19-a yoluxma faizi AÇIQLANDI
Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.