А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Təbriz küçəsinin yenidən qurulması yekunlaşdı

05.06.18 | Bölmə: Cəmiyyət | Baxış: 403 | Yazar: Celilova |
Təbriz küçəsinin yenidən qurulması yekunlaşdı










Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsində yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.

Bu barədə Melumat-merkezi.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Təbriz küçəsinin uzunluğu 3.5 km, hərəkət hissəsinin eni isə ortalama 19 metr təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 metr enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı. Artıq bu problem geridə qalıb.

Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, istismar müddəti bitmiş 2.9 km uzunluğunda su və 1.5 km uzunluğunda qaz xətləri yenidən çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

Bundan başqa təmir-tikinti işləri zamanı küçənin Ağa Nemətulla və Əhməd Rəcəbli küçələri arasında yerləşən hissəsində 500 kv.m sahədə 150 metr uzunluğunda və 2-4 metr enində yeni yolayrıcı inşa olunub, yeni işıq dirəkləri quraşdırılıb. Yeni inşa edilən yolayrıcına, həmçinin Əhməd Rəcəbli və Həsənoğlu küçələri arasında yerləşən hissədə və yol boyu mövcud yol ayrıcına 1600 kv.m tamet daşları döşənib. Məqsəd həmin ərazidə avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətini təmin etməkdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks dolğu və kipləşdirmə işləri aparılıb, yol ayrıcı və piyada səkiləri bərpa olunub, kənarlarında köhnə səki daşları sökülərək 10 min p-metr uzunluğunda yeni səki daşları ilə əvəz olunub.

Təmir-tikinti layihəsi ilə küçə boyu mövcud köhnə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, zəruri yerlərdə yeni sistem qurulub, 40 ədəd yeni yağış barmaqlıqları və 138 ədəd kommunikasiya xətlərinin baxış qapaqları qoyulub. Sutkanın qaranlıq saatlarında küçənin normal işıqlandırılmasını təmin etmək məqsədi ilə işıqlandırma sistemi yenilənib, əlavə olaraq yola 28 ədəd işıq dirəyi quraşdırılıb.

Küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq 55 min kv.m sahədə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bundan başqa, sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Bundan başqa, Əhməd Rəcəbli küçəsini bir hissəsində də təmir-tikinti işləri aparılıb. Bu işlər küçənin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində görülüb. Bu hissənin uzunluğu bir istiqamət üzrə 265 metr təşkil edir.

Təmir-tikinti işləri çərçivəsində yolayrıcının eninin kiçildilməsi nəticəsində yolun hərəkət hissəsinin eni genişləndirilib. Yolayrıcına və yolun kənarlarına 1 min paqon-metrdən artıq yeni səki daşı düzülüb, asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib, yolcızgi və yolgöstərici xətlər çəkilib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.