А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

164 dövlət əmlakı özəlləşdirilir

10.06.18 | Bölmə: İqtisadiyyat | Baxış: 157 | Yazar: Celilova |
164 dövlət əmlakı özəlləşdirilir









Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 10-da baş tutacaq.

Komitədən Melumat-merkezi.az-a verilən məlumata görə, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var.

Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan belə əmlaklar Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir

Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Çinar" soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı göstərmək olar. Belə ki, əhalinin kənd məhsullarına olan tələbatının yüksək olduğunu nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 980 kv.m-dən çox, torpaq sahəsi isə 26 min kv.m-dən artıqdır. Tikinti sahəsində betona olan tələbi təmin edərək gəlir götürmək üçün Gəncə şəhəri Kəpəz rayonunda yerləşən beton və məhlul istehsal edən sahə uğurlu seçim ola bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 37-si Bakıda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 11 kv.m ilə 154 kv.m arasında dəyişir. Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər.

Ölkə vətəndaşları ilə bərabər xarici investorların da prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Biləsuvarda Sülh günü qeyd olundu
“Milana”  hospitalının sahibəsi Çexiyada 3 rəngli Azərbaycan bayrağını asdırmağa nail oldu
Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub
“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
Rusiyada azərbaycanlılar qəzaya düşdülər - 2 ölü, 8 yaralı
Mehriban Əliyeva neftçiləri təbrik etdi
Alı Alıyev Kürdəmirdə məskunlaşmış füzulililərlə görüşüb
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Deputat:
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu İstanbulda beynəlxalq konfransda çıxış edib
Putin Paşinyanın görüş təklifini rədd etdi
İcra başçısı məmur-vətəndaş münasibətlərindən danışıb
Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb (FOTO)
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər
Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi
Sosial mənzillərlə bağlı ŞOK TƏKLİF: Evi olmayanlar...
Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq
Hikmət Hacıyev: Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır
Şəkidə atraksiondan yıxılan tələbə qız üçün Bakıdan həkim çağırıldı
Çimərlik mövsümünün qurbanları - Bu il 47 nəfər ölüb
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.