А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Energetika naziri beynəlxalq konfransda iştirak edəcək – Vaşinqtonda

24.06.18 | Bölmə: İqtisadiyyat | Baxış: 145 | Yazar: Celilova |
Energetika naziri beynəlxalq konfransda iştirak edəcək – Vaşinqtonda







Energetika naziri Pərviz Şahbazov bu gün Vaşinqtonda “Mərkəzi və Şərqi Avropada 21-ci əsrin enerji sistemlərinə doğru” adlı beynəlxalq konfransda iştirak edəcək.
Energetika Nazirliyindən Melumat-merkezi.az-a verilən məlumata görə, tədbirdə nazirin çıxışı, həmçinin müxtəlif müzakirələrdə iştirakı nəzərdə tutulur.
Konfransa Cənub Qaz Dəhlizi, həmçinin və Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
İclasda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin, eləcə də Avropa və ABŞ-ın hökumət və analitik mərkəzlərinin nümayəndələrinin, müxtəlif enerji şirkətlərinin rəhbərlərinin iştirakı planlaşdırılır. Konfrans çərçivəsində çoxsaylı görüşlər də gözlənilir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərləri daxildir.
Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilib. TAP boru kəmərinin isə 2020-ci ildə istismara verilməsi gözlənilir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizi icra edilib.
İndiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib. Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard dollar, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2 milyard dollar, TANAP-a 5,4 milyard dollar, TAP layihəsinə isə 2,9 milyard avro sərf olunub.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Bu gün Yasamalda içməli su məhdudiyyətlə veriləcək
Ali təhsil müəssisələrində boş qalan yerlərə və kolleclərə ixtisas seçimi başladı
Aşura gününün vaxtı açıqlandı
Füzulinin icra başçısı vətəndaşlarla görüşüb
Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb
“Cinemaplus”da Tarantinonun doqquzuncu filminin təntənəli nümayişi - FOTO/VİDEO
AFC 8-ci turnirini Qəbələ de keçirəcək
Alı Alıyev növbəti səyyar qəbulunu keçirib
Kolleclərə qəbul olanların qeydiyyatı başladı
Xəzər dənizi sahilində kütləvi təmizlik aksiyası keçiriləcək
Bakıda ciu-citsusu üzrə beynəlxalq turnir keçirilib
Qusarda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir baş tutdu
Xaçmazda “Narkomaniyaya qarşı mübarizədə müasir metodlar” adlı tədbir keçirilib
Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı
Dinamik, qaynar uşaqlıqdan qəhrəmanlığa gedən yol
Teletənqidçilər TV-ləri nişan aldı
227 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.