А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“100 ilin əmanəti” təqdim olundu

27.06.18 | Bölmə: Gündəm | Baxış: 201 | Yazar: Celilova |
“100 ilin əmanəti” təqdim olundu







Bu gün “Libraff” kitab mağazasında Lent.az saytı “Cümhuriyyətimiz” layihəsi çərçivəsində çap olunmuş yazılardan ibarət “100 ilin əmanəti” adlı kitabın təqdimatını keçirib. Kitab lent.az-ın 10 illik yubileyi ərəfəsində çap olunub.

Publika.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən “Apa Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, sayt fəaliyyətə başlayanda onun davamlı olması ilə bağlı şübhələr var idi:

“Zaman keçdikcə lent.az özünü doğrultdu. Sayt fəaliyyətə nisbətən yüngül mövzularla başladı. O zaman agentliklərin yaya bilmədiyi və ya yaymaq istəmədiyi mövzuları lent.az-da verirdik. Bu gün isə saytın ən çox oxunan yazıları Dağlıq Qarabağ mövzusudur. Bu gün lent.az-ın 10 illiyi bir bəhanədir. Əsl məqsəd isə bu illər ərzində Cümhuriyyətlə bağlı çap olunan yazıların toplandığı kitabın təqdimatıdır. Bu layihədə Mehriban Ələkbərzadə, Sabir Rüstəmxanlı kimi dəyərli qələm adamlarının yazıları yayımlanıb. Layihəni başa çatmış hesab etmirik. Bu layihə hər zaman bizim qəlbimizdədir, davamlı olacaq”.

V.Mahirqızı bildirib ki, bu gün lent.az üzərinə düşən vəzifəni yerinə yetirir.

“Lent.az rəhbərliyinə heç zaman “ip-niz azdır” sualım olmayıb. Lakin əsas bu saytın bir çox insanın sosial problemlərinin həllinə də kömək etməsi, insanları narahat edən sosial məsələlərin saytda işıqlandırılmasıdır”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, lent.az Qarabağ problemini daim ön planda saxlayan saytlardan biridir:

“Yaxşı xatırlayıram, sayt fəaliyyətə başlayandan bu mövzularla bağlı müxtəlif layihələr həyata keçirirdi. Lent.az azərbaycan dilli saytın az olduğu zamanda gündəmə gəldi, qısa zamanda peşəkar əməkdaşlardan ibarət redaksiyaya çevrildi. Azərbaycanın istənilən saytı, redaksiyasında bu gun lent.az əməkdaşları fəaliyyət göstərir. Apa agentliyi xəbər verirsə, lent.az həmin xəbərləri araşdırmaqla diqqət çəkir. Bütün bunları nəzərə alaraq Mətbuat Şurası lent.az rəhbərliyinə mükafat təqdim edir”.

Millət vəkili Hİkmət Babaoğlu bildirib ki, lent.az bu gün istehlakçıların marağını qarşılayan bir saytdır:

“Agentlik sadəcə informasiya istehsalı ilə məşğuldur, lakin informasiya istehlakçıları bəzən onda obrazlılıq, xüsusi keyfiyyət axtarır. Hesab edirəm ki, istehlakçının bu tələbini ödəmək üçün belə bir portalın yaradılması labüd idi. Lent.az bu ehtiyacı qarşılamış oldu”.

Sonda çıxış edən saytın baş redaktoru Qabil Abbasoğlu bildirib ki, oxucuların böyük bir hissəsi həm də saytın dostudur.

“Bu qədər dostumuz olduğuna görə fəxr edirik. Saytımızda hər zaman Azərbaycan dövlətinin maraqları əsas meyarlar olub. Bunlar vətəndaş borcu olaraq, heç bir təmənna güdmədən həyata keçirilmiş işlərdir. 10 il müddətində bizdən ən kiçik səhvimizə görə inciyən, bir hərf səhvinə görə əlaqə saxlayan oxucularımıza, kaprizlərimizə dözən Vüsalə xanıma təşəkkür edirəm. Bura toplaşanlar da hamısı lent.az-ın dostlarıdır. Hamınıza lent.az-dan daha güclü mətbuat arzu edirəm”.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

“Yalnız vətənə bağlı olan kəslər əsil vətənpərvərliyin nə olduğunu bütöv xalqa öyrədir” Arzu Bayramova
Sənətin sevən sənətkar olar sözünə çox inanıram MODELYER
Füzulinin icra başçısı Zobucuqda vətəndaşlarla görüşüb
“Biz hər zaman pozitiv təcrübəmizi bölüşməyə hazırıq!” Tanınmış səhiyyə təşkilatçısı ilə müsahibə.
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
Bakıda ticarət mərkəzində baş verən verən yanğında 2 nəfər zəhərlənib
Xırdalanda şirkətdə partlayış: sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
Gəncədə dəm qazından zəhərlənmə faktı ilə bağlı cinayət işi başlanıb
“EuroHome”da baş verən yanğınla bağlı FHN məlumat yayıb
Bakıda ticarət mərkəzi yanır
Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir
Universitet tələbəsi 4-cü mərtəbədən yıxılıb
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin
Füzulinin icra başçısı Aşağı Yağlıvənd kəndində sakinlərlə görüşüb
Kirayə evlərin necə satılacağı məlum oldu
Əhalinin təbii artımı azalır
Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.