А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

"Metro və xəstəxanalarda ölüm faktı baş verməyib" - Səhiyyə Nazirliyi

04.07.18 | Bölmə: Cəmiyyət | Baxış: 360 | Yazar: Celilova |
"Metro və xəstəxanalarda ölüm faktı baş verməyib" - Səhiyyə Nazirliyi







"Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bir neçə gündür gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində 2000-2200 çağırış qeydə alınır. Orta hesabla bu, ötən günlərdən 200-300 çağırış fərq edir. Bu isə o deməkdir ki, fasiləsiz təchizat , təminat və bölmələr üzrə Bakı şəhərində fəaliyyət göstərən ərazilərində məsul şəxslərdən ibarət növbətçilik tərtib olunub. Bütün heyət əhalinin xidmətində hazırdır".

APA TV-yə açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

O, ötən gün metroda baş verən ajiotajla bağlı ətraflı məlumat verib: "Ötən gün axşam saatlarında işıqların sönməsi ilə bağlı metroların çıxışına bir briqada göndərmişik. Yaxşı haldır ki, hadisə ilə bağlı ağır hallarla rastlaşmadıq. Halı pisləşən 19 nəfərə təcili tibbi yardım göstərilib. Onlardan 6 nəfərini biz durumlarına uyğun olaraq həkim nəzarətində saxlamaq məqsədilə xəstəxanalara yerləşdirdik. Onların vəziyyətləri kafi idi. Bunlardan bir qismi evə buraxılıb, bir qismi isə bu səhər saatlarında yola salınıb".


Ümumiyyətlə. Bakı şəhəri üzrə 21 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyət göstərdiyini deyən Rauf Nağıyev onu da əlavə edib ki, bütün briqadalar ötən gün təqdirəlayiq işləyiblər. Heç bir mənfi hal qeydə alınmayıb: "Ümumilikdə isə son 3 gün ərzində xəstəxanaya yerləşdirilmiş pasiyentlərdə yalnız ümumi travmalar, məişət travmaları, bir qismi də hipertonik xəstəliklər və ürək qan-damar sistemi xəstəlikləri diaqnozu ilə daxil olublar. Müalicələri hələ də davam edir, amma metroda işıqların keçməsindən sonra heç bir ağır halla rastlaşmamışıq. İndən sonra da hazır vəziyyətdəyik ki, hər hansı problem olarsa, əhaliyə xidmətdə qüsura yol verilməsin".


Rauf Nağıyev qeyd edib ki, anomal istilərlə bağlı müraciətlərin 62-si günvurma ilə bağlı olub. Həmin şəxslərdən 46-sı hospitalizasiya olunub. Çağırışlar arasında heç bir ölüm faktı qeydə alınmayıb.



Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə guya xəstəxanalarda 100-dən artıq körpənin ölməsi barədə ötən gün sosial şəbəkələrdə yayılan xəbərlərin heç bir fakta əsaslanmadığını dilə gətirib: "Çox yalan məlumatdır. Təəccüblü hal da odur ki, anlaya bilirsizmi 1 uşağın ölməsi nə deməkdir? 100 uşağın ölməsini necə gizlətmək olar? 100 uşağın 5000 nəfərdən çox qohumu da var. Bu, necə ört-basdır edilə bilər. Bu, yalan məlumatdır. Təəssüflənirəm ki, bəzi insanlar bu vəziyyətdən istifadə edib əhali arasında panika yaratmaq istəyirlər. Ümid edirəm ki, KİV hər zaman olduğu kimi, bu işdə bizə yardımçı olacaq".



Nazirlik rəsmisi qeyd edib ki, son iki gündə baş verən hadisələr dövlət xəstəxanalarının işinə heç bir təsir göstərməyib: "Çünki bütün xəstəxanalar generatorlarla təmin edilib. Elektrik enerjisinin verilişi dayandırıldıqda, onlar avtomatik olaraq işə düşür. Sadəcə, sosial şəbəkələrdə yayılan şayiələr belədir ki, hər hansı bir insan xəstəxanaya gəlir və görür ki, hər yer qaranlıqdır. Çəkir həmin halı telefonla və dərhal sosial şəbəkələrdə yerləşdirirlər. Dəhlizdə işığın olmaması o demək deyil ki, xəstəxananın işində problem olması demək deyil. Çünki generatorlar qoşulanda yüklənməsin deyə o elektrik enerjisi yalnız reanimasiya, doğum şöbələri və aparat altında olan xəstələrin otaqlarına verilir. O bloklara verilir ki, orda həyatı təhlükə altında olan insanlar var".



Pərviz Abubəkirov 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı deyilənlərə də aydınlıq gətirib: "Kliniki Tibbi Mərkəzlə də bağlı məlumatlar yayılıb. Orda 3 generatordan biri sıradan çıxıb. O da dərhal yenisi ilə əvəzlənib. Bu sahədə heç bir problem olmayıb. Sürücülərimizdən xahiş etmək istəyirdim ki, bəli, təcili tibbi yardımın ünvalara gec çatması halı qeydə alınıb. Amma nəzərə alın ki, işıqforlar işləməyib. Tıxaclar olub, avtomobillər də təcili yardıma yol verməyiblər. Sürücülər də düşünməlidir ki, tibbi yarıma ehtiyacı olanlar arasında onların yaxınları və qohumları da ola bilər. Xahiş edirəm, bu cür hadisələrdə sürücülər nəzərə alsınlar ki, tibbi yardım avtomobilləri buraxılmalıdır".



Pərviz Abubəkirov vətəndaşları fakta əsaslanmayan məlumatlara inanmamağa çağırıb.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
Ordumuzun baş leytenantı ŞƏHİD OLDU
Baş həkim koronavirusa yoluxub – Beyləqanlılar onun tezliklə sağalmasını istəyir
Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.