А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək

08.07.18 | Bölmə: Təhsil | Baxış: 379 | Yazar: Celilova |
Sabahkı imtahanlarda 26 mindən çox abituriyent iştirak edəcək






Dövlət İmtahan Mərkəzi iyulun 10-da növbəti imtahanlar keçirəcək.

Mərkəzdən Melumat-merkezi.az-a verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq.

İmtahanlarda ümumilikdə 26 014 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18116 nəfər əvvəlki illərin məzunları; ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları; eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX sinif, 2614 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 170 imtahan rəhbəri, 2073 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyulun 4-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər (abituriyentlər) imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini: Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər isə digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Qeyd edək ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda pul bazasının həcmi kəskin artıb
“Ermənilərin 31 mart milli-ideoloji terroru” adlı tədbir keçirilib (FOTO)
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - 72 saat ərzində...
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
Haber Global”: Peyvənd bölgüsündə Azərbaycana qarşı ədalətsizlik 10:04 27.03.2021
Azərbaycanda neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub?
Koronavirus laboratoriyada hazırlanıb?
Neftçi İK Ağsu komandası qələbə qazandı
İnsanlara inteqrativ  tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
Bakı qara hazırlaşır
TƏBİB-dən Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına MÜNASİBƏT
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
ANAMA və DİN-dən təcili əməliyyat
Koronavirusla bağlı SON STATİSTİKA
Utancverici medal davası
İlin ən fəal gənci
Bu Qələbə gözlənilən idi
Dəhşətə gəldim axı niyə belə edirlər?  Arzu Bayramova
Prezident gənc zabitimizi təltif etdi, Elşən Babayevə
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.