А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .Qarabag Azərbaycandir.

"AZƏRBAYCAN XALQI SAKİTLİK VƏ SABİTLİK İSTƏYİR" - DEPUTAT

11.07.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 304 | Yazar: Celilova |
"AZƏRBAYCAN XALQI SAKİTLİK VƏ SABİTLİK İSTƏYİR" - DEPUTAT








"Gəncədə iğtişaşlar törədən şəxslərin hansısa tələbi, narahatlığı var idisə, müvafiq dövlət qurumlarına müraciət edib, icazə alaraq, qanun çərçivəsində mitinq keçirə bilərdilər”.

Bunu "Sherg.az”a millət vəkili Rüfət Quliyev deyib.

O diqqətə çatdırıb ki, ölkəmiz demokratiya və inkişaf yolunu tutduğu şəraitdə Azərbaycan xalqı sakitlik və sabitlik istəyir:

"Biz ölkə başçısının ətrafında sıx birləşmişik. Xalqımız 90-cı illərə qayıdışı, o dövrün hadisələrinin təkrarlanmasını heç istəmir. İğtişaşların adını dini radikalizm yaxud başqa nə qoyurlar qoysunlar. Biz sabitlik və əmin-amanlığı seçmişik, seçirik, seçəcəyik də.

Azərbaycanın demokratik yolla inkişafa doğru irəlilədiyini bütün dünya dövlətləri təsdiq ediblər. Xarici ölkələrin mətbuatında da qeyd olunub ki, Gəncədə aksiyalar sakit davam etdiyi müddətdə polis sadəcə nəzarət həyata keçirirdi, müdaxiləyə yol vermirdi. Həmin şəxslər çağırış etdikdə, qanunsuz hərəkətlərə yol verdikdə polis işə qarışdı. Ona görə, bu cür ciddi narahatlıq yaradan hadisələrin baş verməsini qətiyyətlə pisləyirik.

İnanmıram ki, iğtişaşları törədənlərin arxasında böyük qrup dayansın. Amma Gəncədəki hadisələr zamanı iki polis zabitimiz qəhrəmancasına şəhid oldu. Onların ailələrinə baş sağlığı verir, səbir diləyirik. O insanlar Azərbaycan xalqının dinc, firavan yaşaması üçün canından keçdi”.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Bu qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir ki, baş vermiş cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Gəncə terroru zamanı həlak olanların sayı 14-ə çatdı
Ekspress avtobuslar belə işləyəcək
Füzuli şəhəri işğaldan azad oldu - PREZİDENT
“Ermənistan çox gözəl anlayır ki, qarşısındakı 30 il əvvəlki Azərbaycan deyil”
Virtual karabakhyuxarı Gəncənin qisası ağır oldu: Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edildi
Ağcabədi atəşə tutuldu: Yaralı var - RƏSMİ
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?
Metro bağlanır - RƏSMİ
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi
Milli Qəhrəmanını 12 yaşlı nəvəsindən möhtəşəm addım
Yaşı 65-dən yuxarı olanlara TÖVSİYƏ
Təhsil müəssisələri bağlanır
MN: Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Hikmət Hacıyev:
Ön cəbhədə savaşan həm də həkimlərimizdir
Kanadada ermənilər azərbaycanlıya hücum etdi
Elçin Rüstəmov:
Diplomatik korpusun nümayəndələri Gəncəyə səfər edəcək
Gəncə teraktının əmrini kim verib? - Korotçenko
Düşmənin Tərtəri atəşə tutması nəticəsində xeyli sayda yaşayış məntəqəsinə ziyan dəyib
Hücuma keçən düşmənə sarsıdıcı zərbə: Canlı qüvvə, sığınacaq və çox sayda texnika məhv edildi - RƏSMİ
Prezident İlham Əliyev: Paşinyan Azərbaycan xalqından üzr istəsin və desin ki, Qarabağ Ermənistan deyil
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.