А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Müəllif Hüquqları Agentliyi Azərbaycanda pirat film saytlarının fəaliyyəti ilə bağlı açıqlama verib

16.07.18 | Bölmə: Mədəniyyət | Baxış: 129 | Yazar: Celilova |
Müəllif Hüquqları Agentliyi Azərbaycanda pirat film saytlarının fəaliyyəti ilə bağlı açıqlama verib







Pirat saytlar icazəsiz olaraq dataların yayımı ilə məşğuldurlar. Azərbaycanda isə açıq şəkildə fəaliyyət göstərən və reklamlardan gəlir əldə edərək pirat yayımını davam etdirən bu saytlara giriş üçün heç bir qadağa tətbiq olunmayıb. Mətbuatda dəfələrlə mövzu ilə bağlı yazılar yazılmasına baxmayaraq, bu saytlar hələ də öz pirat fəaliyyətini davam etdirir. Qanunla ağır cəza almayacaqlarını bilən bu insanlar yalnız kinoteatrlara deyil, filmin yaradıcı heyətinə, bir sözlə incəsənətin inkişafına da böyük zərbə vururlar.
Ölkə mətbuatında video.az, enter.az, myvideo.az kimi pirat saytların ölkəyə yeni gətirilən filmlərin yayımı ilə məşğul olduqları ilə bağlı yazılar dərc olunub.
Müəllif Hüquqları Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müəlliflik hüququnun obyektləri olan əsərlərdən istifadə hüququ qanunvericilikdə nəzərdə tutulmuş müəyyən hallar istisna olmaqla müstəsna olaraq müəllifə və ya əsərə müəlliflik hüququnun digər sahibinə məxsusdur. Bu əsərlərdən istifadə müəllif (hüquq sahibi) tərəfindən verilən icazə əsasında həyata keçirilir. Əsərlərdən qeyri-qanuni və icazəsiz istifadə edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq pozuntusu yaradır və müvafiq məsuliyyətə səbəb olur.
“Müəlliflik hüququ fərdi hüquq olduğu və bu müstəvidə yaranan hüquq münasibətlərinin tərəfləri də fərdi şəxslər olduğuna görə müəlliflik hüququ pozulduğu hallarda müəllif (hüquq sahibi) qanunvericiliklə müəyyən edilmiş qaydada Müəllif Hüquqları Agentliyinə və ya məhkəməyə yazılı şəkildə müraciət etməlidir. Agentliyə müraciət daxil olduqdan sonra məsələ ilə əlaqədar müvafiq araşdırma aparılır və ekspert rəyi hazırlanır. Müəllif (hüquq sahibi) faktla bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 15, 44, 45, 46-cı maddələri əsasında Agentliyə müraciət etdiyi təqdirdə, Müəllif Hüquqları Agentliyi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görüləcək”, - Agentlikdən bildirilib.
Bu sahədə yuxarıda adı çəkilən qanunlarla yanaşı, qanunla müəyyən edilmiş müəlliflik hüququnun pozulmasına görə mülki, inzibati və cinayət qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulur. Nəticədə qeyd olunan saytların hələ nə qədər özfəaliyyət ilə məşğul ola biləcəyi artıq sual altındadır.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Azərbaycanda qoruqlarla bağlı - - YENİ QAYDALAR
“CinemaPlus”da “Super Yay” aksiyası
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda boşanmaların sayı artıb
Azərbaycanda heyvan xəstəliklərinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə yeni layihəyə start verilir
Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır
“Regionlarda kiçik və orta sahibkarlıqla bağlı
Rayonlarda yağıntılı hava davam edəcək
Ulu Öndərin ideyaları füzulililərin qəlbində əbədi yaşayacaq
“CinemaPlus”da çoxdan gözlənilən aksiya
Qubada kütləvi zəhərlənmə
Gürcüstandan “Keşikçidağ”dakı insidentlə bağlı bəyanat: İmkan verin, işimizi görək
Vikipediyada “Cümhuriyyətin 9 şəkli” filmi haqqında məqalə yaradılıb
Deputatlar tətilə çıxdılar
Şəki Xan Sarayında baş verən hadisə ilə bağlı rəsmi AÇIQLAMA
Azərbaycanda meşənin içində narkotik plantasiyası salıblar
Rusiya yeni raketini havaya qaldırdı
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ olub
Zelenskinin korteji uşaqla dolu avtobusa çırpıldı
İyulun 15-də xarici valyutaların manata qarşı məzənnələri
Şəkidə xəsarət alanların SON VƏZİYYƏTİ barədə - RƏSMİ
Əli Əhmədov ABŞ-a səfərə getdi
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.