А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır

19.07.18 | Bölmə: Cəmiyyət | Baxış: 276 | Yazar: Celilova |
Icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır







İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə, Azərbaycan Prezidentinin 19 iyul 2018-ci il tarixli sərəncamına əsasən vəsait ayrılıb.

Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır.

Beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir, son 5 ildə səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Şirkətin əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır.

“McKinsey & Company” şirkəti Agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcək. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.

Strateji yol xəritəsinə əsasən səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Deputatlığa namizəd Zaur Darabzadə autizmli uşaqlarla görüşdü
Ziya Bünyadovun qatilinin qohumu deputat olmaq istəyir — Tariximizə güllə atanların İDDİASI
Çovğun və güclü külək yaxınlaşır
Bəzi məktəblərdə şagirdlər üçün avtobuslar ayrılacaq
Bakıda baş redaktorun evi qarət olundu
İlqar Hüseynli:
Yadigar Sadıqlı kimdir ki?
Koronavirusdan ölənlərin sayı 80-ə, yoxulanların sayı 3 minə çatdı
Bu namizədlərin adının üstünə xətt çəkiləcək - MSK
Türkiyədə yenidən zəlzələ təhlükəsi - Avropada da hiss ediləcək
“Biz Baba Məmmədliyə “yox” deyirik” – Lənkərandan seçici ETİRAZI
Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir
“Həkimlərimizi tanıyın!” - Dr.Günay Əhmədova
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına başlandı
Ağsu rayon İcra Hakimiyyətində kadr dəyişikliyi oldu
Bakının bu qəsəbələrinin yolları təmir edilir - 51 km yol asfaltlanıb
Deputatlığa xanım namizədə qarşı təxribat - VİDEO
Azərbaycanda ötən il 2,6% inflyasiya qeydə alınıb
Azərbaycan Prezidenti: Əminəm ki, 2020-ci il də ölkəmiz üçün uğurlu olacaqdır
MSK sədri: “Parlament seçkiləri ilə əlaqədar 2 minə yaxın yerli və xarici müşahidəçi müraciət edib
Qan verək, bir körpəni xilas edək
DGK-nin büdcə daxilolmaları açıqlanıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.