А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

19.07.18 | Bölmə: Son Xəbər » Siyasət | Baxış: 371 | Yazar: Celilova |
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər








22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Trend-in məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra “Əkinçi” qəzetinin təsisçisi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Ə.Amaşov bildirib ki, H.Zərdabinin təsisçisi olduğu "Əkinçi" qəzeti bizə milli kimliyimizi qaytardı: "Əkinçi" qəzeti bizə dünyada hansı istiqamətdə gedəcəyimizi göstərdi. "Əkinçi"dən doğan işıq sovet dövründə daha da gur parladı. Azərbaycan dilinin saflığında Azərbaycan mediası mühüm rol oynadı. Ötən əsrin sonlarında xalqımızın növbəti dəfə müstəqillik əldə etməsində Azərbaycan mətbuatı üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Azərbaycan mətbuatı həmişə xalqın yanında olub".

Millət vəkili vurğulayıb ki, bu gün Azərbaycan mediası müstəqil, peşəkar mediadır: "Regionda iqtisadi baxımdan ən güclü medialardan biri olan Azərbaycan mediası ölkədə baş verən olayları operativ, obyektiv şəkildə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır".

Ə.Amaşov deyib ki, bu gün Azərbaycan mediası eyni zamanda milli mediadır, cəmiyyətdə baş verən hadisələri hərtərəfli işıqlandırmağı bacarır: "Azərbaycan mediası hadisələrə vahid mövqedən baxan mediadır. Azərbaycanın imicinin formalaşdırılmasında bu gün mediamız ən aktiv demokratik institutlardan biridir".

O əlavə edib ki, Azərbaycan mətbuatının inkişafında Azərbaycan dövlətinin dəstəyi də böyük rol oynayıb: "Bu gün Azərbaycan dövləti də medianın arxasında dayanır. Azərbaycan jurnalistikası həmişə Azərbaycan rəhbərliyinin dəstəyini görür. Mətbuat da Azərbaycanın inkişafı üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir".

KİVDF-nin icraçı direktoru V.Səfərli isə bildirib ki, mətbuat deyəndə Həsən bəy Zərdabi, Zərdabi deyəndə "Əkinçi" qəzeti yada düşür:

"O dövr üçün qısa bir müddətdə "Əkinçi" qəzetinin çıxması insanların maarifləndirilməsində böyük rol oynadı. Bu gün biz elə bir dövrə gəlib çatmışıq ki, Həsən bəy Zərdabi ideyalarının hamısı, demək olar, yerinə yetib. Bu gün 5 mindən çox KİV qeydiyyatdan keçib. Bu gün Azərbaycanda azad söz, müstəqil mətbuat var. Həsən bəyin istədiyi də o idi ki, Azərbaycan xalqının müstəqil dövləti olsun, müstəqil qəzetləri olsun, insanlar maariflənsinlər. Bu gün bizim müstəqil dövlətimiz, müstəqil mediamız var".


Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər


Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı - Yaş həddi müəyyənləşdi
Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək
Vanqanın Azərbaycan haqqında dedikləri
Komendant saatına görə qatarların hərəkət cədvəli dəyişdi
İstanbulda Ermənistanın Azərbaycana qarşı təxribatına etiraz aksiyası keçirilib
Dağlıq Qarabağ problemi qardaş Türkiyə gündəmində
Vaqif Dərgahlı: Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var
Türkiyəli jurnalist:
“Qarabağdan mənim də səsim gələcək!”- Məşhurlarımız orduya dəstək oldu
Emin Ağalarov Azərbaycana belə dəstək oldu
Hərbi vəziyyətə görə Bakıdan bu təyyarə reysləri ləğv edildi
Vilayət Eyvazov komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib
Qismən səfərbərlik elan olundu - Kimlər və nə qədər müddətə orduya çağırıla bilər?
Ermənilər yaralı hərbçilərinin sayını açıqladılar
Bakıda gənclər və idmançılara çağırış
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan və Fransa prezidentləri cəbhədəki vəziyyəti müzakirə etdi
Ərdoğan erməni xalqına MÜRACİƏT ETDİ
Erməni hərbçilər üçün xəstəxanada yer tapılmır - Düşmən böyük itki verir
Avstraliya mətbuatı erməni təxribatından yazdı
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib
Düşmən sonuncu dəfə xəbərdar edilir
Ermənistan tərəfi dezinformasiya yaymaqla öz itkilərini gizlətməyə çalışır
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.