Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Bu il 91 min 498 nəfər ixtisas seçimində iştirak edəcək.
Melumat-merkezi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq:
“Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. Onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir.
Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. İmtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək”.
Məleykə Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə, yerləşdirmədə müəyyən problemlər yaranır:
“Təəssüf ki, kodların seçilməsi prosesi başlayandan yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Seçimlər dəqiq edilməlidir”.
DİM sədri qeyd edib ki, ixtisas qruplarında keçid balı fərqləri müxtəlifdir:
“Hər kəs balını bilib, ona görə seçim etməlidir. Valideynlər öz uşaqlarının taleyini başqasının əlinə buraxır. Nəticədə abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır.
Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin”.
(səs: 0)
Oxşar:
Bölmə: Cəmiyyət
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət
“Xocalıda onlarla birgə yaşamaq bizim üçün çətin olacaq, amma...” - Milli Qəhrəmanın oğlu
07.12.20 | Cəmiyyət
Şəfəq Məmmədova: “26 illik pedaqoji fəaliyyət dönəmində şagirdlərimə biliklə yanaşı, vətənpərvərliyi də aşılayıram”
26.11.20 | Cəmiyyət
Prezident İlham Əliyev: Biz dayanırıq, qarşı tərəf də dayanmalıdır, dayanmasa, biz də dayanmayacağıq
Ekspress avtobuslar belə işləyəcək
17.10.20 | Cəmiyyət