А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

“Bir kişinin sənin bacınla zina etməsinə razı olarsanmı?..” –Bir gəncə sual...

13.08.18 | Bölmə: Maraqlı Xəbər | Baxış: 39 | Yazar: Admin |
“Bir kişinin sənin bacınla zina etməsinə razı olarsanmı?..” –Bir gəncə sual...





“Kiminsə sənin ananla bu cür hərəkət etməsini istəyərsənmi?”



Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın ən əxlaqsız insanları belə, tərbiyə və təşviq üsulu bu gün ən çağdaş texnologiyalarla işləməyi bacaran məşhur pedaqoq və müəllimlər üçün də ibrət dərsidir. “Sahihi-Müslim” hədislər kitabında nəql olunan zina etmk istəyən bir gəncin-sonradan məşhur səhabə kimi yetişən Cübeybin Allah Rəsulu(s) tərəfindən doğru yola yönəldilməsindən bəhs edən ibrətamiz bir hekayəti nəzarənizə çatdırırıq:

«Bir gənc Allah Rəsulunun hüzuruna gəlir və utana-utana:

– Ya Rəsulullah, – deyir. Hislərini dilə gətirməyə cəsarət etmir. Ancaq Rəhmət Nəbisinin şəfqət dolu baxışlarını görüncə ürəklənir və üzü qızara-qızara deyir:

– Zina məsələsində mənə izin verərsənmi?

Onun bu sözünü eşidən digər müsəlmanlar əsəbləşərək gəncin üstünə yeriyir:

–Bunun dediyinə bax! – deyirlər.

Səs-küy bürüyür hər tərəfi. Məsələni həll edən yenə də Rəsulullah olur. Və gənc Cüleybib onu bir az da yaxına çağıran Allah Rəsulunun hüzuruna gəlir. Allah Rəsulu onun başını şəfqətlə sığallayıb yanında oturdur və soruşur:

– Belə bir hərəkətin ananla edilməsini istərsənmi?

Tük ürpədən bir sual idi və Hz.Cüleybib yerindən dik atılaraq:

– Allah (c.c.) məni Sənin yolunda qurban etsin, vallah, xeyr, ya Rəsulullah, – deyir.
Təbii ki, Rəsulullah da bu cavabı gözləyirdi:

– Elə digər insanlar da analarına belə bir münasibəti rəva görməzlər, – deyə cavab verir və ardınca da soruşur:

– Yaxşı, bəs belə bir hərəkətin qızınla edilməsini qəbul edərsənmi?

Heç gözləmədiyi bir sual idi. Gənc Cüleybib utandığından yerə girir və başını qaldırıb:

– Yolunda qurban olum, vallah, yox, ya Rəsulullah, – deyə bilir.

Şəfqət dolu baxışlarını ondan ayırmayan Rəsulullah:

– Heç kim qızı ilə belə bir hərəkətin edilməsini istəməz, – deyir.

Və yenə sual verir:

– Bacınla belə bir hərəkətin edilməsinə razı olarsanmı?

Hər sual ürəyinə ox kimi sancılırdı Cübüybin... Min dəfə peşman olmuşdu və dərhal:

– Qurbanın olum, vallah, buna da razı olmaram, ya Rəsulullah, – deyir.

Yenə eyni sözləri deyirdi Allah Rəsulu (s.ə.s.):

– Heç kim bacısına qarşı bu cür münasibətə razı olmaz!

Suallar davam edir:

– Kiminsə sənin bibinlə bu cür hərəkət etməsinə razı olarsanmı?

Görünür, ağlı başına gəlməmiş onu buraxmayacaqdı. Eyni zamanda Allah Rəsulu böyük bir ümmətə də dərs verirdi. Hz.Cüleybibin cavabı əvvəlkilərdən fərqlənmir:

– Canım yoluna qurban olsun, xeyr, razı olmaram, ya Rəsulullah!

– Digər insanlar da öz bibiləri ilə bu cür günahın işlənməsinə razı olmazlar! – deyir Allah Rəsulu.
Növbə son sualın idi:

– Bəs, bu cür günahın sənin xalanla işlənməsinə nə deyərsən?

Cüleybib rəng alıb rəng verirdi. Qəlbində təlatümlər qopurdu. Yaxşı ki, vəziyyəti gəlib Allah Rəsuluna açmışdı. Mübarək üzünə baxır və:

– Xeyr, ya Rəsulullah! Yolunda qurban olum. Belə bir şeyi heç istəyərəmmi? – deyir.

Yenə Son nöqtəni Alah Rəsulu (s.ə.s.) qoyur:

– Heç bir insan xalası ilə belə bir günahın işlənməsini istəməz! Bundan sonra onu özünə daha da yaxınlaşdıran Allah Rəsulu (s.ə.s.) mübarək əllərini çiyninə qoyur və Hz. Cüleybibə dua edir:

– Allahım! Onun günahlarını Sən bağışla! Qəlbini tərtəmiz və iffətini də məsum eylə! Peyğəmbər duasını alan Hz. Cüleybib o andan etibarən ən namuslu gənclərdən biri olur və Mədinənin ən iffətli insanlarından biri kimi tanınır.
Ancaq digər hekayətlərdən bəlli oldur ki, bundan sonra Peyğəmbərimiz bir addım da atır və Hz. Cüleybib üçün qızını ona vermək istəməyən ənsardan birinin qapısını döyür. Və həmin xanımla bu gənci evləndirməyə nail olur....
скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.