Hansı tələbələr təhsil haqqından azaddır? - SİYAHI

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, 5 abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriatura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub. Bəzi abituriyentlər ödənişli ixtisaslara qəbul olunsalar da, onlar təhsil haqqından azaddırlar.
Melumat-merkezi.az kimlərin təhsil haqqından azad olunması ilə bağlı məlumatları təqdim edir:
1.Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər (Ancaq dövlət təhsil müəssisələrində).
2. Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
3. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
4. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən,
1. hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər;
2. hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar;
3. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.
(səs: 0)
Oxşar:
Şərhlər:
Köşə:
Uşaq götürmək də asanlaşır
18.02.19 | Köşə
Qələbə tariximizi özümüz yazmalıyıq...
30.03.18 | Köşə
Reklam:

Xəbər Lenti:
Azərbaycanda pul bazasının həcmi kəskin artıb
03.04.21 | Son Xəbər » İqtisadiyyat
ÜST yoxsul ölkələrə peyvənd yardımına çağırdı
27.03.21 | Son Xəbər » Xarici xəbərlər
Neftçi İK Ağsu komandası qələbə qazandı
22.02.21 | İdman
İnsanlara inteqrativ tibb həkimlərindən online konsultasiya qrupu yaradıldı və ödənişsiz insanlara kömək edilir.
22.02.21 | Xəbər Lenti
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin əməkdaşlarının həmmüəllifliyi ilə hazırlanmış məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan “Springer” nəşriyyatında çap olunmuşdur
19.01.21 | İqtisadiyyat
Azərbaycanın MDB ölkələrinə ixracı artıb
09.01.21 | Son Xəbər » İqtisadiyyat
Sosial şəbəkə hesabları bağlanan Trampa “VKontakte” və “Odnoklassniki” yer təklif etd
09.01.21 | Xarici xəbərlər
Koronavirusla bağlı SON STATİSTİKA
09.01.21 | Cəmiyyət
Utancverici medal davası
29.12.20 | Cəmiyyət
İlin ən fəal gənci
28.12.20 | Xəbər Lenti
Bu Qələbə gözlənilən idi
24.12.20 | Cəmiyyət