А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Öldükdən sonra nələr olur? - Ürküdücü araşdırma

31.08.18 | Bölmə: Maraqlı Xəbər | Baxış: 36 | Yazar: Admin |
Öldükdən sonra nələr olur? - Ürküdücü araşdırma





31/08/2018 [20:08] - Dünya - ( 96 dəfə baxılıb)
Öldükdən sonra nələr olur? - Ürküdücü araşdırma


Amerikalı həkim Sam Parnia "öldükdən sonra nə baş verir?" sualına tibb dili ilə cavab verərək hər kəsin maraq göstərdiyi bu məsələ ilə bağlı qorxuducu açıqlamalar edib.

klinik olaraq ölüm baş versə də, xəstənin tam ölmədiyini deyən həkim ölümdən sonra beynin işləməyə davam etdiyini deyib. Doktor Parnia “beyin öləndən sonra da işləməyə davam edir və insanlar öldüyünün fərqində olurlar” şəklində açıqlama verib.

Bir insanın şüurunun öldükdən sonra da davam etdiyini kəşf edən mütəxəssislər ürəyi dayanan və texniki olaraq öldükdən sonra yenidən canlandırılan 330 xəstədən 140-ı üzərində bir araşdırma həyata keçiriblər.

Araşdırmaya görə, bu insanların 39 faizinin ürəyi dayandıqdan sonra şüurlarının bir müddət açıq olduğu bildirilib. Həyata qayıdan bu şəxslər bir müddət ətraflarında olan bitəni görür, duyur və həkimlərin onlar üçün "öldü" dediyini belə eşidirlər.

Qeyd edək ki, ölümdən sonra həyat varmı? sualını gündəmə gətirən hadisə Kanadada baş vermişdi. Beləliklə, həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işləməyə davam etdiyinə dair elmi dəlillər taparaq xəstənin ölməsindən sonra da beyin fəallığının 10 dəqiqə davam etdiyini bildirmişdilər.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.