А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
#EVDƏ QAL,EVDƏ QAL,EVDƏ QAL .

Azərbaycan Prezidenti: "Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq"

03.09.18 | Bölmə: Son Xəbər » İqtisadiyyat | Baxış: 229 | Yazar: Celilova |
Azərbaycan Prezidenti: "Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq"






"Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq".

Melumat-merkezi.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Mən diqqətinizi iqtisadi əməkdaşlığa cəlb etmək istərdim. Xüsusilə indiki şəraitdə biz iqtisadi əməkdaşlığı dərinləşdirməliyik. Xüsusilə aramızdakı ticarət dövriyyəsinin artırılması üçün əlavə addımlar atılmalıdır və burada hesab edirəm ki, investisiya layihələri xüsusi rol oynayır. Qarşılıqlı investisiya qoyuluşunu təşviq etmək üçün yeni mexanizmlər işlənməlidir", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan qardaş ölkələrə böyük investisiyalar qoyur, ilk növbədə, Türkiyəyə: "Son illərdə Türkiyə iqtisadiyyatına 14 milyard dollar sərmayə qoyulub və Türkiyə də Azərbaycana təxminən bu qədər sərmayə qoyub. Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib, “Böyük iyirmilər”in aparıcı ölkələrindən biridir. Biz çox sevinirik ki, Türkiyə bütün sınaqlardan şərəflə çıxır, o cümlədən iqtisadi sınaqlardan. Biz hər zaman bir-birimizin yanındayıq və bunun ən gözəl göstəricisi, yenə də deyirəm, bizim qarşılıqlı sərmayəmizdir. Türkiyədə çox gözəl investisiya iqlimi, biznes üçün çox gözəl şərait var və biz Azərbaycan olaraq bundan sonra da qardaş ölkəyə sərmayə qoyuluşunu davam etdirəcəyik".

"Bütövlükdə biz qardaş ölkələrə investisiyaların qoyuluşu ilə həm öz iqtisadi maraqlarımızı təmin edirik, həm də ki, bu ölkələrdə yeni imkanlar yaradırıq. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Azərbaycanda da gözəl sərmayə iqlimi var və qarşılıqlı sərmayə qoyuluşu bizim birliyimizi daha da möhkəmləndirəcək. Xüsusilə nəzərə alsaq ki, keçən ilin oktyabr ayından Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir", - dövlət başçısı əlavə edib.скачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Polisimiz QÜRURUMUZDUR!
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Səbuhi Xanlarov koronavirusa yoluxdu
Koronavirus əlamətləri hiss edən zaman nə etməli?
Polisə müqavimət göstərmək nə demək?!
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq - RƏSMİ
Bakı sakinlərinin nəzərinə! Bu saatdan küçəyə çıxmaq qadağan edildi - RƏSMİ
Azərbaycanla Türkiyə arasında uçuşlar bu tarixdən bərpa olunur
DİQQƏT! Həftəsonu market və apteklər işləməyəcək
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı brifinq keçirir - CANLI YAYIM
Azərbaycanda son sutkada 262 nəfərdə COVID-19 aşkarlanıb
DİN rəsmisindən metroda polislə sərnişinlər arasında yaşanan mübahisə ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi sərtləşdirildi - RƏSMİ
Baş nazir iş saatları ilə bağlı - QƏRAR VERDİ
Binəqədi bələdiyyəsi “28 may – Respublika Günü”ilə bağlı məktəbli müsabiqəsi keçirdi
Bakıda kirayə mənzillər bahalaşıb
Aygün Fətullayeva -
Könül İsmayılova LAÇINDAN yazdı
“Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nə layihələrin qəbulu başa çatıb...
Azyaşlıların kiçik dünyalarından böyük dünyaya İSMARIŞ - VİDEO
Müəllim olmaq istəyənlərə şad xəbər
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.