А вы вкурсе что на FroGik.Ru можно без регистрации абсолютно бесплатно сборники песен скачать. Лучший портал рунета. Все бесплатно и по прямой ссылке!
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.

Azərbaycan Aşıqlar Birliyi çağdaş aşıqların ifasında 16 Koroğlu havası təqdim etdi

08.09.18 | Bölmə: Mədəniyyət | Baxış: 288 | Yazar: Bakixeber |
Azərbaycan Aşıqlar Birliyi çağdaş aşıqların ifasında 16 Koroğlu havası təqdim etdi



Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı olub


Sentyabrın 7-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyinin “Koroğlu havaları” – vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli mədəni dəyərlər” layihəsi əsasında hazırlanmış diskin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətinin qorunması və inkişafı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər dövlət orqanları, ictimai təşkilatlar bu sahənin inkişafı üçün məqsədyönlü işlər görüblər. İctimaiyyətə təqdim olunan disk (CD) görülən işlərin davamı kimi qiymətləndirilməlidir.
Məhərrəm Qasımlı qeyd edib ki, layihə çərçivəsində “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilib müzakirə olunmaqla yanaşı, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun hesab edilib.
Layihənin icrası nəticəsində Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” saz folklor qrupunun ifasında lentə yazılmış on beşdən çox “Koroğlu” havası aşıq sənətini sevənlərin diqqətinə təqdim edilib. Bu havaların mətnləri milli dövlətçilik düşüncəsinin, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir. Diskin hazırlanmasında 50-dək aşıq, balaban, qaval və saz ifaçıları iştirak edib.
“Şübhəsiz ki, buraya hamı Koroğlu ovqatı və havası ilə toplaşıb. Koroğlu ovqatı milli kimliyin, milli dövlətçilik duyğusunun və hərbi vətənpərvərlik ruhunun ən gözəl ifadəsidir. Ozan aşıq mədəniyyəti bunun ən böyük daşıyıcısıdr. Ozan aşıq mədəniyyəti Dədə Qorquddan bu günədək milli ruhun çiçəklənməsinə xidmət edib. Bu diski ərsəyə gətirməkdə məqsədimiz o idi ki, Koroğlu havalarını unudulmağa qoymayaq. Diskdə 16 aşıq havası yer alıb. Hələ bundan təxminən iki dəfə çox aşıq havaları var ki, onları da yaxın vaxtlarda bərpa edib cəmiyyətə təqdim edəcəyik. Aşıqlar Birliyi müvafiq istiqamətdə bir çox işlər görür. Mədəniyyət Nazirliyi də bu yöndə bizə kömək edir. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyasının gerçəkləşməsində bu addımlar bizə olduqca lazımdır. Prezident İlham Əliyevin “Aşıq sənəti bizim milli sənətimizdir və milli sərvətimizdir” ifadəsi bizə ruh verir. Birinci vitse-prezident Mehriban Əliyevanın da aşıq sənətinin inkişafına göstərdiyi dəstək danılmazdır. Onun səyləri nəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, - deyə M.Qasımlı söyləyib.
Tədbir tanınmış aşıqların ifasında konsert proqramı ilə davam edib.
Qeyd edək ki, layihənin rəhbərləri Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, birliyin üzvləri Musa Nəbioğlu və Altay Məmmədlidir.

Azərbaycan Aşıqlar Birliyi çağdaş aşıqların ifasında 16 Koroğlu havası təqdim etdi





Azərbaycan Aşıqlar Birliyi çağdaş aşıqların ifasında 16 Koroğlu havası təqdim etdiскачать dle 10.3фильмы бесплатно
(səs: 0)
Oxşar:
Şərhlər:

Reklam:

Xəbər Lenti:

Acizlikdən qara piara başlayanlar...
“Yeni ilə iPhone ilə” əmanət kampaniyası davam edir
Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq
Xalq artisti Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir
Bakıda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək
“Qala” Taekvondo klubunun komandasının növbəti uğuru...
Qobustan rayon polis şöbəsində yeni təyinat olub
Vilayət Eyvazov onu rəis təyin etdi
Azərbaycan Turizm Assosiasiyası (AzTa) Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalandı
Məktəb psixoloqları üçün imtahan keçiriləcək
Turizm sahəsinə vergi güzəştləri tətbiq ediləcək
SABAHDAN BAŞLAYIR - Dekabrın 22-dək...
Sabahdan Azərbaycana idxal edilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək
Bəzi bağçalarda nöqsanlar aşkarlanıb
Sosial evlərlə bağlı qərar verildi
Bakıda bir ailənin dörd üzvü zəhərləndi
Sabah hava necə olacaq?
Azərbaycanda Milli Məclis buraxıldı
Təhsil şirkətlərinin aldatdığı tələbələr
Tbilisidə polis və etirazçılar arasında qarşıdurma baş verib
Attestat ala bilməyənlər üçün imtahanlar keçiriləcək
ABŞ Dövlət Departamenti NATO-nu tarixin ən uğurlu ittifaqı adlandırıb
Copyright © 2011 Melumat-Merkezi.az | Design by Melumat-Merkezi.az
Elan,Reklam,Təbriklərinizi bu bölmədə yerləşdirə bilərsiniz.